Xəzərin statusu müzakirə edilib
Tarix: 24.08.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


İran və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. Tərəflər İranın nüvə məsələsi və Suriyadakı böhran başda olmaqla Misir, Orta Şərqdə baş verən prosesləri, həmçinin digər regional və qlobal məsələləri müzakirə ediblər.
Görüşdə İran və Rusiya arasındakı sıx əməkdaşlığın davam etdirilməsi, iki ölkənin mənafeyi çərçivəsində əlaqələrin inkişaf etdirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması üçün münasibətlərin gücləndirilməsinin zəruri olduğu bildirilib. Tərəflər həmçinin Suriyadakı böhranın siyasi yolla həllini vacib sayaraq, silahlı qruplaşmaların kimyəvi silahlardan istifadə etməsindən narahat olduqlarını vurğulayıblar. Eyni zamanda tərəflər Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin liderlərinin toplantısı çərçivəsində İran və Rusiya prezidentləri arasında baş tutacaq görüşə də toxunaraq, ikitərəfli əlaqələr və əməkdaşlığın hər sahədə inkişaf etdirilməsini mühüm hesab ediblər. Bundan başqa, görüşdə İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin qısa müddətdə başlanmasının zəruriliyi qeyd olunub. Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı da fikir mübadiləsi aparıblar.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Bu gün heç kim etibar edib Ermənistana borc vermək istəmir”
17.09.2019
“Politik.am”: “Paşinyanın xidmət edən oğlu İrəvan küçələrində gəzir”
17.09.2019
“Qraparak”: “Ermənistanda “istefalar paradı” başlaya bilər”
17.09.2019
Dündar Keşaplı Türkiyə Futbol Federasiyasını ziyarət edib
17.09.2019
Diaspor sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info