“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
Tarix: 23.08.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Bu gün cəmiyyətimizin, ailələrimizin ən böyük problemlərindən biri də uşaqların telefon və kompüterlərə marağının yüksək olmasıdır. Bəli, son dövr uşaqlarında bu rezonans getdikcə artır və övladlarımızın bugününə və gələcəyinə çox mənfi təsir göstərir. Düzdür, uşaqları müasir texnologiyalardan uzaqda böyütmək qeyri- mümkündür, hətta təmamilə məhrum etmək də doğru deyil. Ancaq dahi şairimiz Nizami Gəncəvi demişkən, "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər su da". Bəli, hər şeyin artığı ziyan olduğu kimi, övladlarımıza izn verdiyimiz telefon və kompüterlərdən istifadə muddətinin çoxluğu ziyandır. Öncə, əlbəttə ki, ən mənfi təsir onlarin səhhətlərinədir. Bu mövzu haqqında bir çox xəbər və məqalələrdə bəhs edilib. Yeni texnologiyadan uzun müddət istifadə uşaqların gözlərinə və bir çox daxili və xarici orqanizm sistemlərinin işinə çox mənfi təsir göstərir. Buraya həm də psixoloji təsiri də aid etmək olar. Hər bir valideyn övladının psixoloqu olmalıdır. Uşağın gələcəyi üçün, vətənə layiqli bir övlad yetişdirmək üçün ana və atalar övladlarının öncə ağlını düzgün şəkildə formalaşdırmalıdırlar. Bunun üçün isə müasir texnologiyalardan düzgün və mümkün qədər az istifadə etməyi onlara aşılamaq lazımdır.
Telefon və kompüterin sonrakı ən böyük təsiri isə onların bilik və savad almalarınadir. Bu gün uşaqların telefon və kompüterdəki oyunlara başlarının qarışması onların dərslərinə maraqlarını təmamilə öldürür. Bunun üçün biz valideynlərin məsuliyyəti çox böyükdür. Uşaqları bu pis vərdişdən qurtarmaq üçün onlara hər bir şeyin qədərində gözəl olduğunu anlatmalıyıq. Ovladlarınızla söhbət edin, əziz analar. Telefondakı və ya kompüterdəki əyləncəli oyunların onlar üçün heç bir yararı olmayacağını anladın. Saatlarla telefonda və ya kompüterdə vaxt keçirmənin mənfi cəhətlərini öyrədin onlara. Ən əsası, uşaqlarınıza lap erkən yaş dövründən "Təki sakit dursun" , deyib telefonu verməyin. Elə gənc anaların etdiyi səhv də buradan başlayır. Əsla ağlamağının şiddətini kəsmək üçün telefondan istifadə etməyin. Unutmayın, telefon uşaq üçün xəstəlik mənbəyidir. Əziz analar, ovladlarınıza öz yaşıdları ilə vaxt keçirməyi, oyunlar oynamağı öyrədin. Bu, həm onların fiziki,zehni və psixoloji inkişafına, həm də sizin daha rahat olmanıza xeyirdir. Həmçinin uşaqlarınıza telefonla və ya zərərli digər vasitələrlə deyil, sizinlə vaxt keçirməyi öyrədin. Övladlarınızın oyun dostu olun. Çünki bir çox uşaqlar, əgər telefonla oynayirlarsa, onlar özlərinə daha çox qapalı olurlar. Bu isə uşaqda ola biləcək ən pis haldır. Uşaqlar hər zaman diqqət tələb edir və diqqət mərkəzində olmağı sevirlər. Siz valideynlər övladınızla maraqlanıb zaman keçirsəniz, o heç zaman kənar əyləncələrə meyil etməz. Telefonu sevən uşaq ətrafındakı hadisələrə biganə yanaşır və bir müddət sonra hətta öz yaşıdlarından da geri qalır. Bəli, müasir texnologiyalardan hədsiz istifadənin sonu bir çox ciddi problemlərə gətirib çıxara bilər. Bütün bunların qarşısını almaq öz əlimizdədir. Övladlarımızı hər bir şeydən xəbərdar edək. Telefonmu istəyir? Əsla, bunu erkən yaşlardan verməyək. Gəlin, övladlarımızı və onların gələcəyini qoruyaq.
Nahidə Heybətova




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info