Bəşər Əsəd hökumətdə dəyişiklik etdi
Tarix: 24.08.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


BMT baş katibi kimyəvi silahdan istifadənin araşdırılması ilə bağlı Suriyaya rəsmi sorğu göndərib

Suriyalı qaçqınlar arasında uşaqların sayı 1 milyona çatıb. BMT-nin qaçqınlar və uşaqlar üzrə agentliyinin (UNİCEF) verdiyi məlumata görə, bu rəqəm artıq Suriya hüdudlarını tərk etmiş qaçqınlara aiddir. Təşkilatın məlumatına görə, Suriyada daxili köçkünlər, yəni öz evlərini tərk etməyə məcbur olmuş, lakin hələ ölkə sərhədindən keçməmiş şəxslər arasında daha 2 milyona yaxın uşaq var. BMT ekspertlərinin fikrincə, Suriyadan olan qaçqınların təxminən yarısı uşaqlardır. “BBC” xəbər verir ki, bu uşaqların dörddə üç hissəsi 11 yaşdan aşağıdır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İdarəsinin statistik məlumatlarına görə, Suriyada hökumət qüvvələri ilə qiyamçılar arasında iki ildən çox davam edən silahlı qarşıdurmalarda təxminən 7 min uşaq öldürülüb. BMT bildirir ki, Suriyada münaqişə nəticəsində 100 mindən çox adam həlak olmuşdur. Qeydə alınmış qaçqınların sayı 1,5 milyondan çoxdur. Suriyada toqquşmalar 2011-ci ilin mart ayından davam edir. Qeyd edək ki, son günlər Suriya ilə bağlı ən çox müzakirə edilən məsələ kimyəvi silahdan istifadə edilməsidir. BMT Suriyada kimyəvi silahdan istifadə barədə yayılmış məlumatların tez bir zamanda araşdırılması ilə bağlı rəsmi Dəməşqə rəsmi sorğu göndərib. “Röyters”in xəbərinə görə, baş katib Pan Qi Mun hesab edir ki, hadisə olduqca tez araşdırılmalıdır, o, məsələ ilə bağlı “olduqca tez bir zamanda” müsbət cavab almağa ümid etdiyini bildirib. ABŞ prezidenti Barak Obama isə Amerika kəşfiyyatına Suriyada kimyəvi silahdan istifadə barədə məlumatı diqqətlə araşdırmağı tapşırıb. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki açıqlamasında bildirib. “Prezident kəşfiyyata nə baş verdiyini araşdırmağı tapşırıb. Buraya şahidlərin dindirilməsi, müşahidə vasitələrinin məlumatları, açıq mənbələrin tədqiqi, laborator analizlər daxildir”- deyə Psaki qeyd edib. Onun sözlərinə görə, Suriyada kimyəvi silahdan istifadə barədə yeni məlumatlar hələlik təsdiqlənməyib. Cen Psaki qeyd edib ki, rəsmi Vaşinqton Suriyada kimyəvi silahın müxalifət tərəfindən istifadə edilməsinə inanmır: “Biz əvvəlki kimi hesab edirik ki, onların kimyəvi silahdan istifadə etmək imkanları yoxdur. Əgər rejimin gizlətməli heç nəyi yoxdursa, onda BMT-nin inspektorlarına araşdırmanın aparılması üçün imkanlar yaradılmalıdır”. Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər Dəməşqin ətrafında kimyəvi silahdan istifadə barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Bu arada Suriya prezidenti Bəşər Əsəd hökumətin tərkibində bir sıra kadr dəyişikliyi həyata keçirib. “RİA Novosti”nin xəbərinə görə, dəyişikliklər əsasən Nazirlər Kabinetinin iqtisadi blokunu əhatə edib. Belə ki, İqtisadiyyat və Xarici Ticarət Nazirliyinə, Sənaye Nazirliyinə, Daxili Ticarət Nazirliyinə, Turizm Nazirliyinə və Ali Təhsil Nazirliyinə yeni rəhbərlər təyin olunub. Bundan başqa, hökumətdə bir portfelsiz nazir təyin olunub. Hökumətin tərkibində kadr dəyişikliyinin səbəbləri açıqlanmır.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info