Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
Tarix: 23.08.2019 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


«Qolos Armenii»: “Nikol Paşinyanın müvəqqəti fiqur olduğunu təkcə yerli ermənilər deyil, həm də Ermənistanın hüdudlarından kənarda da başa düşməyə başlayıblar”


Bir müddət bundan əvvəl “inqilabi hökuməti“i dəstəkləyən, ona vəsait ayıran Qərb artıq Nikol Paşinyanın “yeni Ermənistan“ın memarı kimi baş nazir postunda müvəqqəti olduğunu anlamağa başlayıb. Bu gün bu mesajın daimi olaraq yayımlanmasına baxmayaraq, görünür ki, ölkə daxilindəki bütün qüvvələr onu düzgün şərh etmirlər.
Reallıq budur ki, hazırda Ermənistanda xarici dəstəyin olmaması küçə müxalifətinin vəzifəsini xeyli asanlaşdırıb. Lakin cəmiyyətin düşünən hissəsi üçün Nikolu buraxmamaq və Nikol 1-in əvəzinə Nikol 2-ni baş nazir vəzifəsinə gətirilməsi ilə nəticələnəcək bir vəziyyətin qarşısını almaq vacibdir. Təbii ki, bu dəfəki hakimiyyət dəyişikliyinin qansız ötüşə biləcəyi şübhə doğurur. Doğrudur, Paşinyan ötən «inqilab»ın qansız sovuşduğunu öz adına yazmaq istəsə də, əslində bu, heç də belə deyil. Sadəcə, bu, sabiq prezident Serj Sarksyanın dirəniş göstərməməsinin nəticəsidir.
Bu gün Ermənistanda ölkənin gələcəyindən narahat olan bəzi ermənilər səlahiyyətli və bacarıqlı bir hökumət yaratmaq məsələsini prioritet sayırlar. Lakin problem budur ki, vəziyyət son bir il yarım ərzində Nikolu təqlid edənlər ordusunun formalaşması ilə çətinləşir. Əslində, bu təqlidçilər ictimai vəziyyəti pozmaqla hələ də hakimiyyətdə ola biləcəklərinə inanırlar. Paşinyanın təcrübəsinə rəğmən, aşağı intellekt səviyyəsinə malik və ciddi təhsili olmayan gənclər, bir qayda olaraq, özlərini rəhbər vəzifələrdə təsəvvür edirlər. Niyə də təsəvvür etmələrinə inanmasınlar, çünki Nikol və onun komandası "dövləti" idarə edə bilirsə, deməli hər kəs, hətta «aşbaz qadın belə, idarə edə bilər».
Ermənilərin «Qolos Armenii» saytının yazdığına görə, bənzər bir düşüncə növü Ermənistanda son zamanlar üstünlük təşkil etməkdədir. Onların fikrincə, ölkədə populizm asan bir yol olduğu halda başqa bir yol axtarmağa nə ehtiyac? Xalqı aldatmaq üçün ibtidai mexanizm işləyəndə niyə başqa yollar axtarılmalıdır?
Saytın yazdığına görə, bütün bunlara rəğmən, cəmiyyət artıq Paşinyan hökumətinin səriştəsizliyindən, onların parlamentdəki çoxluğundan bezib. Erməni xalqı hərəkət və hərəkətsizliyi ilə dövlətin təhlükəsizliyini təhdid etdiyini belə, anlamayan Nikol komandasının təkəbbürlü cəhalətindən bezib.
Siyasi elmdə “tərəfdarların geri çəkilməsi“ və “tərəfdarların yenidən toplanması“ kimi anlayışların mövcud olduğunu bildirən sayt daha sonra yazır: “Bu gün biz Ermənistanda bu proseslərin aktiv mərhələsinin şahidi oluruq. Belə görünür ki, artıq Nikolun «küməsi» yatmaqdadır. Üzü payıza Paşinyan ətrafının onu tərk edəcəyinə heç bir şübhə yeri yoxdur. Çünki bu gün Nikolun rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasına qoşulmaq üçün müraciətlərin sayı kəskin şəkildə azalıb. Nikol Paşinyanın müvəqqəti fiqur olduğunu təkcə yerli ermənilər deyil, həm də Ermənistanın hüdudlarından kənarda da başa düşməyə başlayıblar“. Sayta görə, bu gün Ermənistan LGBT (Lesbiyan, gey, biseksual və transgender) cəmiyyətini xatırladır. Yeri gəlmişkən, Nikola və komandasının küçə rüsvayçılığı üçün ilk böyük pulun LGBT icması tərəfindən bağışlandığı barədə məlumat bu günə qədər təkzib edilməyib. Məhz elə bunun nəticəsidir ki, bu gün ermənilərin orduda xidmət etmək istəməyən homoseksuallar millətinə çevrilməsi prosesi günbəgün güclənir.
Maraqlıdır ki, bu gün Paşinyan ətrafında yaşananlara baxmayaraq, hələ də ümidsiz olduğunu büruzə verməməyə çalışır. Amma reallıq Nikolun Qərbin gözü qarşısında uğursuz bir layihə olduğunu ortaya qoymaqdadır. Belə görünür ki, bu ilin payızında və ya 2020-ci ilin əvvəlində okeanın o tayından ölkədə yeni bir lider axtarmağa başlayacaqlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info