Litva XİN səfirlərin geri çağırılması təklifi ilə çıxış edib
Tarix: 24.08.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Litva Seyminin Xarici əlaqələr komitəsində bu ölkənin xarici işlər naziri Linas Linkyaviçüsun Litvanın Macarıstan və Azərbaycandakı səfirləri Renatas Yuşka və Arturas Jurauskasın telefon danışıqlarının internetdə yayılmasından sonra yaranan qalmaqalla bağlı təklifləri dinlənilib.
Bu barədə məlumat verən Litva Seyminin Xarici əlaqələr komitəsinin sədri Benediktas Yuodka bildirib ki, nazir L. Linkyaviçüs səfirlərin rəsmi qaydada geri çağırılmasını təklif edib: “Lakin biz hələlik bu məsələni müzakirə etmədik, nəticələrə komitənin növbəti iclasında baxılacaq. Komitə qərar verəndən sonra məsələyə hökumət tərəfindən baxılacaq. Sonda prezident müvafiq sərəncam imzalamalıdır. Lakin əgər ölkə rəhbərliyi həmin səfirlərin fəaliyyətinə şübhə ilə yanaşırsa, biz bu məsələyə laqeyd qala bilmərik. Komitədə məsələ səsvermə yolu ilə həll olunacaq, son qərarı isə hökumət və prezident qəbul edəcək”. Səfirlərin diplomatik statusdan məhrum edilməsinin mümkünlüyü barədə suala cavabında isə B. Yuodka deyib ki, nazir belə bir təklif irəli sürməyib: “Nazir yalnız onları geri çağırmağı təklif edib, bu isə onların diplomatik xidmətdən xaric edilməsi demək deyil”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Ermənistanda kənd sakinləri “Qazprom“un əməkdaşlarına hücum edib
24.09.2020
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
23.09.2020
Rusiyada yeni yaranmış kiçik və orta sahibkarlıq müəssisələri vergidən azad edilib
22.09.2020
Ermənilər qaçmağa yer axtarırlar
22.09.2020
Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info