Rüstəm “bəy” də belə getdi…
Tarix: 24.08.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Milli şura”nın növbəti “Yusif Sərrac”ı isə Cəmil Həsənli oldu

Rəsul Quliyevin seçimdən narazı qalması və ACP-nin toplantını etirazla tərk etməsi isə parçalanmış qurumun yenidən parçalanmasını “təmin” edəcək…

“Milli şura” sədri Rüstəm İbrahimbəyovun prezident seçkilərində “vahid namizədliyi” alınmayandan sonra, qurumda “ehtiyat namizədlik” üzərində xeyli müddət dartışma və “razborkalar” oldu.
Ən nəhayət, İbrahimbəyovun namizədliyi ilə bağlı hüquqi problemləri həll etməyə meyilli olmadığı, onun öz kefində, işində-gücündə olduğu yəqinləşəndən sonra, naçar qalan “milli şura”dakılar özlərinə yeni “Yusif Sərrac”- seçkidə “qurbanlıq” kimi qabağa vermək üçün adam axtarmağa başladılar. Gücsüzlüklərini yaxşı bilən və bir-birilərinə də namizədliklə bağlı güzəştə getməyən ənənəvi müxalifət başçıları guya bitərəf müxalif şəxslər arasından birini axtarmağa başladılar…
Beləliklə, ayın 23-də bu məqsədlə “milli şura”nın seçkili toplantısı keçirilib. Toplantı müəyyən gecikmələr və dartışmalara görə yarım saat gec başlayıb. Toplantıda İbrahimbəyovun namizəd kimi Cəmil Həsənlini irəli sürməsi ilə bağlı məktub oxunub. Daha sonra gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, Cəmil Həsənli “milli şura”nın prezidentliyə namizədi seçilib. Cəmil Həsənlinin lehinə 72 nəfər səs verib, bir nəfər bitərəf olub, iki nəfər isə onun əleyhinə çıxıb. “Milli şura”nın vahid namizədinin əleyhinə olanların ACP üzvləri olduğu məlum olub. Bu isə təsadüfi deyil. Belə ki, ACP-nin mühacir lideri Rəsul Quliyev çoxdan açıq şəkildə bəyan edirdi ki, İbrahimbəyov namizəd olmayacağı təqdirdə, onun namizədliyi irəli sürülməlidir. O, bunu “milli şura”dan təkidlə tələb etmişdi. Amma görünür, R.Quliyevin bu iddiası reallaşmadı. Ona görə də ACP-çilər bu seçimdən olduqca narazı qalıblar və “milli şura”nı “asi” halda tərk ediblər. Bu isə o deməkdir ki, “milli şura”da yeni motivlərlə parçalanma və qarşıdurma mərhələsi başlayacaq...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Baş Prokurorluq məlumat yayıb
21.09.2020
“News24hours”: Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edib
21.09.2020
Səbail rayonunda yolların yenidən qurulmasına vəsait ayrılıb
21.09.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
3 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
4 “Azərbaycan öz məmləkətimizdir“
5 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info