“Eldar Namazov və Əli Kərimli Azərbaycanda Suriya variantını yetişdirmək istəyirlər”
Tarix: 24.08.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


"EL" hərəkatının funksioneri və hərəkatın rəhbəri Eldar Namazovun müavini Əflan İbrahimovun verdiyi açıqlamalar, sözün həqiqi mənasında, ortalığı qarışdırıb.
O, açıqlamasında sensasion bəyanatla çıxış edərək "EL"dən istefa verdiyini də bəyan edib. Əflan İbrahimov “milli şura”da toplaşan qüvvələrin Bakıda qarışıqlıq törətməyə hazırlaşdığını da bildirib:
“Milli şura” adlanan qurumda təmsil olunan dağıdıcı müxalifət Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq planları qurur və öz məkrli niyyətini həyata keçirmək üçün fürsət axtarır. “Eldar Namazov mənə dedi ki, Əflan müəllim, Əli bəylə danışmışam, biz istəyirik, Rüstəm müəllim gəlsin, onun namizədliyini bunlar qeydə almasın və biz də burada, rayonlarda xaos yaradaq, Quba, İsmayıllı variantlarını həyata keçirək... Onların məqsədi ondan ibarət olub ki, Eldar Namazov Əli Kərimli ilə, İsa Qəmbərlə birləşsin, Rəsul Quliyevin imkanlarından, Əli İnsanovun pulundan istifadə edib hakimiyyətə qarşı kampaniya aparsınlar, xaos yaratsınlar...Gördüm ki, bunlar burada Suriya variantını yetişdirmək istəyirlər. Ona görə də bu məsələləri açmaq qərarına gəldim”.
Məsələnin ən maraqlı tərəfi isə odur ki, bu olaya yalnız Eldar Namazovla Eldənız Quliyev reaksiya verib. “Milli şura”da təmsil olunan müxalifət liderləri bu qalmaqala nəinki reaksiya verməyiblər, susmaqla sözügedən xain planların olmasından bir növ xəbərdar olduqlarını da göstəriblər.
"EL" hərəkatının və “milli şura” aparatının rəhbəri Eldar Namazov açıqlamasında təşkilatlarında Əflan İbrahimov adlı bir şəxsin olmadığını deməklə bu sensasiyalı fikri ört-basdır etməyə çalışıb. Məsələnin qəribə tərəfi də budur ki, "EL"in digər tanınmış siması Eldəniz Quliyev isə deyir ki, belə bir üzvləri var, lakin inanmır ki, bu cür açıqlamanı o verər.
Eldar Namazovun bu açıqlamasından sonra Ə.İbrahimov mövqeyini bir daha ortalığa qoyub. O, E.Namazovun bu iddiasının yalan olduğunu, özünün isə təşkilatın Ali Məclisinin sədr müavini olduğunu faktlar və sənədlərlə sübut edəcəyini bildirib. Həmçinin Ə.İbrahimovun Eldar Namazovla birgə çəkilən işgüzar fotoları da sosial şəbəkələrdə yayılıb. Şəkildən də görünür ki, sözügedən şəxs E.Namazovun yaxın ətrafından biridir. Qısası görünən odur ki, “milli şura” adlanan qurumda təmsil olunan dağıdıcı müxalifət Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq planları qurur və öz məkrli niyyətini həyata keçirmək üçün fürsət axtarır. Dağıdıcı müxalifət ərəb ölkələrində - Misirdə, Liviyada, Suriyada baş verən qanlı hadisələrin Azərbaycanda təkrarlanmasına çalışır. Onlar hakimiyyətə gəlməyin yeganə yolunu ölkəni dinamik inkişaf yolundan döndərərək 1992-ci ilin anarxiya və xaos dövrünə qaytarmaqda görürlər. Azərbaycan ictimaiyyəti, ziyalılar, gənclər dağıdıcı müxalifətin bu niyyətini şiddətlə qınayır və bu cəhdlərə qarşı tədbirlər görülməsini tələb edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
18.09.2020
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
18.09.2020
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik
18.09.2020
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
18.09.2020
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info