Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir
Tarix: 24.08.2019 | Saat: 11:38:00 | E-mail | Çapa göndər



“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində Qəbələ, İsmayıllı və Qax rayonlarında peşə təhsili müəssisələrinin I kurs tələbələri yay təcrübəsinə qatılıblar.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti Fərrux Nəcəfov AZƏRTAC-a bildirib ki, yay təcrübəsinin təşkil olunmasında məqsəd duala bənzər peşə təhsili və təlimi sisteminə uyğun olaraq tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” Aqroservis Müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında, İsmayıllı Peşə Tədris Mərkəzinin aqroservis mütəxəssisi, üzüm və şərab ustası ixtisasının tələbələri İsmayıllı Rayon Nikitin adına İvanovka Kolxozunda və Kənd Təsərrüfatı İdarəsinin Talıstan kəndindəki sahələrində, həmçinin İsmayıllı Şərab-2 müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin aqroservis mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisaslarının tələbələri isə “ULU Aqro” MMC-də (ULU Aqropark) təcrübə keçirlər.
Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiətilə iş prosesində yaxından iştirak edir, istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər. Təcrübə avqustun 30-dək davam edəcək.
Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə proqramına əsasən həyata keçirilir.
Xatırladaq ki, ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var
17.09.2019
“Təhsil kreditləri haqqında“ qanun layihəsi hazırlanacaq
17.09.2019
BDU rektorunun birinci kurslarla görüşləri başlayıb
17.09.2019
Əməyinin izi hər yerdə görünən müəllim...
17.09.2019
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info