Bakı Metropolitenində yeni Dispetçer Mərkəzi yaradılır
Tarix: 24.08.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Yaxın vaxtlarda Bakı Metropoliteninin yeni texnoloji korpusu istifadəyə veriləcək. Hazırda I-III mərtəbələrin dəhlizlərində asma tavanın quraşdırılması və elektrik lampaların asılması işləri aparılır.
Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, korpusda Ukraynanın «LOT» şirkətinin avadanlıqları quraşdırılır.
Dispetçer Mərkəzində quraşdırılan sistem əvvəlki ilə eyni olsa da, işarələri əks etdirən ekran görüntüləri daha fərqli və əyanidir. Tabloda stansiyalar üzrə hərəkətin təşkilinin əsas avadanlıq və işarələri tam əksini tapıb. Qatarlara gəlincə, hələlik ekranda yalnız onların görüntüsü olacaq. Lakin onların marşrut nömrə göstəricilərinin qoyulması üzərində iş aparılır. Qəbul Komissiyanın aparıcı üzvü, texniki məsələlər üzrə məsləhətçi, əsas nəzarətçi olan Elbrus Muradov qeyd edib ki, bu il ərzində olmasa da, yaxın dövrlərdə həllini tapacaq. Qeyd edək ki, ən böyük yenilik artıq indidən mövcud iki xəttin ayrılması istiqamətində işlərin aparılmasıdır. Tezliklə Yaşıl və Qırmızı xətlərin dispetçerlərinin qatarları fərqli qaydada yönəldiləcəklər. Artıq xətlərin ayrılması istiqamətində işlərin həlledici mərhələsi görülür. E.Muradov əlavə edib ki, ilkin mərhələdə telesiqnalların qəbul edilməsi istiqamətində işlər aparılır, teleidarəetmə sistemi isə sonradan quraşdırılacaq. Texniki məsələlər üzrə məsləhətçi bildirib ki, ilk telesiqnallar «İçərişəhər», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyalarından qəbul edilib. Sonrakı mərhələdə, gecələr olmaq şərti ilə, stansiyalar üzrə sistemə qoşularaq, yeni Dispetçer Mərkəzi idarəetməni üzərinə götürəcək. Məqsəd mümkün əyər-əskiklərin aradan qaldırılmasıdır. Bu qayda ilə bütün sistemin fəaliyyəti tam təmin ediləcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info