Xəyanətin başqa adı olmur
Tarix: 23.08.2019 | Saat: 13:42:00 | E-mail | Çapa göndər



Mən universitetə qəbul olanda Əbülfəz Elçibəyi yenicə həbs etmişdilər. Universitet dəhlizlərində onun haqqında danışanlar ən çox təəssüflənirdilər ki, yaxın çevrəsində olanlar Əbülfəz müəllimə xəyanət ediblər. İllər keçdi, Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsini qurdu, hakimiyyətə gəldi, ölkənin prezidenti seçildi, lakin bir il sonra devirdilər və getdi kəndlərinə…

Maraqlıdır ki, bu dəfə də yaxın ətrafında olanlar, yüksək vəzifə verdiyi şəxslər ona xəyanət etdilər. Bu xəyanətkar dəstənin başında isə Əli Kərimli dururdu. Əli Kərimli iqtidarla əməkdaşlığa getdi, deputat mandatı aldı, Elçibəyin AXC-sini 4-5 yerə parçaladı, öz qəzetlərində onun şəxsiyyətini təhqir etdirdi və s. Beləliklə də ölkədə normal müxalifət partiyasının yaranmasına imkan vermədi. İndi isə elan edir ki, gedəcək Elçibəyin qəbrini ziyarət etməyə… Deyirlər ki, insan qəbirstanlığa gedəndə, qısa müddətə də olsa, vaxtilə etdiyi pis əməllərindən peşman olub, tövbə etmək istəyir. Maraqlıdır, heç olmasa Elçibəyin məzarı önündə Əli Kərimli tövbə edə biləcəkmi?
Yadıma Rəsul Həmzətovun Şeyx Şamillə bağlı bir etirafı düşdü. Həmzətov gənc yaşlarında Şeyx Şamilin əleyhinə şeir yazır. Elə həmin gecə Şeyx Şamil onun yuxusuna girir və deyir:”Mənə düşmən çox yara vurmuşdu, birini də sən vurdun”. Düşünürəm ki, görəsən Elçibəy Əli Kərimlinin yuxusuna girib, deyibmi ki, “Ay Əli, mənə niyə xəyanət etdin?”.

Namiq Əliyev
Tarix üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info