“Albalılı naz“ tortu
Tarix: 24.08.2013 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Tərkibi
Xəmir üçün:
200 q şokolad
200 q kərə yağı
7 ədəd yumurta
150 q şəkər tozu
250-300 q un
100 q nişasta
100 q üyüdülmüş suxari
2 ç .q vanil şəkəri
2 ç.q qabartma tozu və ya 1 ç. q soda
Krem üçün:
500 q konservləşdirlimiş və ya təzə albalı
500q xama
200q şəkər tozu
Hazırlanması:
Şokoladı su buxarında əridin.
Bərk yağı sürtkəcdən keçirtdikdən sonra üzərinə şəkər tozu və vanil əlavə edin.
Yumurtanın ağını ayırdıqdan sonra sarısını yağa əlavə edərək yaxşı qarışdırırıq.
Əridilmiş şokaladı bura əlavə edərək qarışdırırıq.
Nişastanı da bura əlavə edirik.
Suxarini də əlavə edirik.
Daha sonra qabartma tozu və un əlavə edilərək qarışdırılır.
Yumurtanın ağı çalınır.
Yumurtanın ağı şokalada əlavə edilərək səliqə ilə qarışdırılır.
Şəkildə görünən 26 sm diametrlik forma yağlandıqdan sonra xəmirin yarısı bura tökülür.
Bunu 180 dərəcəlik sobada 25-30 dəqiqə ərzində bişiririk. Eyni qayda ilə qalan xəmiri də bişirin.Nəticədə 2 bişirilmiş keksi horizontal şəkildə kəsin və beləliklə 4 kiçik keks alınacaq.
Krem üçün şəkər tozunu və xamanı qarışdırın.
Albalının tumları çıxarılır.
Keksə krem vurulur.
Üzərinə ikinci keks qoyularaq yenidən kremlənir və üzərinə albalı qoyulur.
Bunun üzərinə üçüncü keksi qoyub kremləyirik.
Üzərinə dördüncü keksi qoyaraq zövqə uyğun bəzəyirik.
Şəkildə görünən bəzək qaymaq, şokolad və albalıdır.
Tortumuz hazırdır.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Quzu ətli səbzəli güvəc necә hazırlanır?
11.09.2019
``Çoban salatı`` necә hazırlanır?
06.09.2019
Kartoflu tost
01.09.2019
Göbələk supu
23.08.2019
Pendirli kotlet

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info