19 ildən sonra arzusuna nail olan Günel...
Tarix: 26.08.2019 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


İlahiyyat İnstitutunun tələbəsi: “Dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzum idi”

19 ildən sonra arzusuna nail olub, Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi adını qazanan Günel Aslanova ilə olan müsahibəni oxuculara təqdim edirik.

- Günel xanım, özünüzü təqdim edərdiniz...

- 2000-cu ildə Masallı şəhər 3 saylı tam orta məktəbi bitirmişəm. Ailəliyəm, 2 övladım var.

“Qarabağda şəhid olan qardaşım çox istəyirdi ki, təhsilimi davam etdirim”

- Necə oldu ki, orta məktəbi bitirəndən uzun zaman sonra ali təhsil almaq qərarına gəldiniz?

- Dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzum idi. Erkən yaşda atamı və qardaşımı itirdim. Qardaşım könüllü olaraq Qarabağ döyüşlərinə getdi. Məktəbdə əlaçı olmağıma baxmayaraq, imkansızlıqdan mənim də istəyim olan onun arzusunu yerinə yetirə bilmədim.
Ailə həyatı qurdum. Gələcək həyat yoldaşıma əvvəlcədən ali təhsil almaq arzusunda olduğumu bildirdim. Ailə qayğıları, övladlarımın tərbiyəsi ilə məşğul olmaq məni oxumaqdan məhrum etdi. Lakin heç zaman fikrimdən daşınmadım. Qismət belə imiş.

- Nə zamandan qəbula hazırlaşmağa başladınız?

- Qeyd etdiyim kimi, orta məktəbi əla qiymətlərlə başa vurdum. İstəyim dini təhsil almaq idi. Keçən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yarandı, qərara gəldim ki, hazırlaşım, bu ali təhsil müəssisəsinə qəbul olum. Doğrudur, keçən il sənədlərimi vermək istədim. Lakin sənəd qəbulunun nə zaman başlayacağından xəbərsiz olduğum üçün vaxt ötdü, gecikdim, amma ruhdan düşmədim. Bu il isə 2 aydan da az vaxtda hazırlaşaraq DİM-in qəbul imtahanlarında iştirak etdim, 320 bal topladım.

- Azərbaycan İlahiyyat İnstitutunu seçməkdə məqsədiniz nədir?

- 10 yaşımdan ərəb və fars dillərini öyrənməyə başlamışdım. Elə həmin dövrdən “Qurani Kərim”i oxuyurdum. Arzulayırdım ki, ali dini təhsil alım və dini elmi əsaslarla gənc nəslə öyrədim. Qoy insanlar İslam dini deyəndə onu mollalıq kimi başa düşməsinlər, onun mütərəqqi cəhətlərini dərk etsinlər.

- Artıq instituta qəbul olmusunuz. Nə düşünürsünüz?

- Məqsədim İslam dini və digər dinləri daha mükəmməl öyrənmək və insanlara doğru şəkildə çatdırmaqdır. Təhsilimi magistratura və doktorantura səviyyələrində də davam etdirmək istəyirəm.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.01.2020
Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
13.01.2020
“Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
09.01.2020
Perm vilayətində deputat seçilən ilk azərbaycanlı: “Vətənimizi, xalqımızı, mədəniyyətimizi layiqincə təmsil etməliyik”
09.01.2020
“Əsas məqsədimiz dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdır”
09.01.2020
“Həkimin baxışı olmadan heç bir müalicə təyin oluna bilməz”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info