Paşinyanın komandasında parçalanma başladı
Tarix: 26.08.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Ermənilərin «Qolos Armenii» saytının yazdığına görə, Paşinyanın komandasında həyəcan təbili çalırnır. Belə ki, artıq hakimiyyət daxilində Nikolun «düşmənlərini» müəyyənləşdirərək ləkələyirlər.
Qeyd edilməlidr ki, parlamentin vitse-spikeri Lena Nazaryan artıq təxribat və xəyanətdə ittiham olunub. Xatırladaq ki, vaxtilə Paşinyana öz sadiqliyi ilə tanınan Lena Nazaryan "Mənim addımım"da aparıcı şəxslərdən biri olub. Onu da bildirək ki, Lena Nazaryanla yanaşı, bu siyahıya artıq vaxtilə Nikolun silahdaşlarıı olmuş 20 məməur da əlavə edilib. Onların əksəriyyətinin Amulsar yatağının istismarı ilə bağlı fikirləri Nikol və onun müavini Tiqran Avinyanın fikirləri ilə üst-üstə düşmədiyi üçün «xəyanətdə» ittiham olunurlar. Saytının yazdığına görə, ittiham olunan şəxslər öz fikirlərini ictimaiyyətdən gizlətmədikləri və hətta baş nazir, onun müavini ilə görüşləri zamanı dilə gətirdiklərinin altını çəkirlər.
Maraqlıdır ki, bu məsələ ilə bağlı Paşinyan və onun müavininin də öz arqumentləri var. Onlar «xəyənətkarları», Nikol tərəfindən mandat və vəzifə əldə etdiklərinə baxmayaraq, bundan yararlanaraq siyasi dividend əldə etməyə çalışmaqda ittiham edirlər. Saytın yazdığına görə, «ittiham olunanlar», deyəsən, artıq Paşinyan hökumətinin iflasa yuvarlandığın anlamağa başlayanlardır. Məhz bu mənada, onlara qarşı yönələn ittihamın «düşmən dəyirmanına su tökmək» kimi təqdim edilməsi təsadüfi deyil.
Qeyd edək ki, Paşinyanın ehtiyatlandığı növbəti məsələ İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı keçiriləcək tədbirdə də oxşar vəziyyətlə üzləşə biləcəyi ilə bağlıdır. Doğrudur, hökumət bu məsələni hələ ki, nəzərdən keçirməsə də Nikolun ehtiyatlanması əsassız deyil.
Maraqlı da olsa, qeyd edilməlidir ki, bütün bunları Nikol xalqa ətrafının «onun kürəyinə sapladığı» bıçaq kimi təqdim edir. Bu gün Paşinyana «sadiq» "Mənim addımım" fraksiyası ilə «Vətəndaş müqavilə»si partiyasında yaranmış vəziyyət, vaxtilə Rusiyada yaranmış «bolşevik-menşevik» parçalanmasını xatırladır. Belə ki, hazırda hakimiyyət düşərgəsində sağlam olmayan münasibətlər artıq bütün səviyyələrdə müzakirə olunmaqdadır. Təbii ki, bu da təsirsiz ötüşmür. Belə ki, hazırda Nikolun partiyasında ciddi bir parçalanma baş verməkdədir: Paşinyanın ümumi xətti ilə bir yerdə qalmaqda tərəddüd edən bəzi şəxslər artıq Nikolun tərəfdarları tərəfindən «Facebook»da «liderinə xəyanət edən nankor» kimi təqdim edilməkdədirlər.
Yeri gəlmişkən bildirək ki, artıq bəzi erməni nəşrləri Ermənistan hakimiyyətində baş verən hadisələri qanunverici və icra hakimiyyətləri arasındakı klassik qarşıdurma şəklində təqdim etməyə başlayıblar. Ancaq onlar hakimiyyətdəki parçalanma nəticəsində ölkədə yeni bir müxalifətin meydana gələ biləcəyinə də şübhə ilə yanaşırlar. Lakin «Mənim addımım» fraksiyasından qopanların «deputat qrupu» yarada biləcəyi ilə bağlı proqnozlar da eşidilməkdədir. Saytın yazdığına görə, vəziyyəti yumşaltmaq Paşinyan üçün elə də asan olmayacaq. Çünki qalmaqallı konvensiyanın ratifikasiya edilməsi məsələsi hələ qabaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info