Rəsul Quliyev: “Cəmil Həsənli seçicilərin 0.5 faizinin səsini ancaq ala bilər”
Tarix: 26.08.2013 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


“Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri boykota çağırsın”. Bu fikirləri Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib. Onun “milli şura”nın namizədi haqda bu sensasiyalı açıqlaması müxalifətçilərin geniş müzakirəsinə səbəb olub. Bəziləri sosial şəbəkələrdə bu fikirləri müzakirəyə çıxararaq liderlərinin sıravi partiya üzvlərini satdıqlarını da iddia edirlər. Onlar xaricdən maliyyəni alıb, bu oyunları oynadıqları üçün “milli şura” liderlərini yarıtmaz fəaliyyətdə ittiham edirlər.
Bundan başqa, eks-spiker ilk gündən Cəmil Həsənlinin namizədliyinə qarşı olduğunu deyərək, seçkilərdə ehtiyat namizədin bir faiz də səs toplaya bilməyəcəyini vurğulayıb.
R.Quliyev hesab edir ki, C.Həsənli oktyabrın əvvəlində namizədliyindən vaz keçə bilər:
“Yeganə bir şəxsin qələbə şansının olduğu ehtimal edilən varsa, o da Rüstəm İbrahimbəyov idi. Onu da “milli şura” qeydiyyat uğrunda mübarizədən uzaqlaşdırdı. Hörmətli Cəmil müəllimin topladığı səslər 0.2-0.5 faizdən artıq olmayacaq. İlqar Məmmədovu seçkilərə buraxsalar, o, 2 faiz toplaya bilər. Əlbəttə, İqbal Ağazadə və başqalarına daha çox səs veriləcək. “Milli şura” hətta zəif müqavimət göstərmək qabiliyyətinə malik deyil. Çünki Cəmil Həsənli insanları ayağa qaldıra bilən fiqur deyil. Onun əsas güvəndiyi qüvvə “milli şura” yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Cəbhəçilərin öz rayonlarında belə, kiçik mitinq təşkil edə bilməməsinə görə, bir ay müddətində hansı isə bir gücə çevriləcəklərinə inanmaq çətindir. Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri boykota çağırsın, ancaq bu addım gecikmiş addım olacaq”-deyə R.Quliyev “milli şura”dan narazılıq edib.
Rəsul Quliyevin təmsil olunduğu “milli şura”nı top atəşinə tutaraq tənqid etməsi bir daha onu göstərir ki, Cəmil Həsənli adlı oyuncaq namizədi zorla bu məsuliyyətin altına atıblar. Ortada isə güc nümayişi aşkar hiss olunur. AXCP-Müsavat intriqasının oktyabrdan sonra da davam edəcəyi isə şübhə doğurmur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info