“Əhali öz təhlükəsizliyini qorumalıdır”
Tarix: 26.08.2019 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Kommunalın birdən-birə kəsilməsi vətəndaşların ən çox şikayətləndiyi məqamlardan biridir. Aidiyyəti qurumlar təmir işlərini, xətlərin birləşdirilməsini və ya mövsümi hazırlıqları əsas gətirsə də, sakinlər mövcud vəziyyətdən şikayətçidir. Sakinlər xəbərdarlıq edilmədən tez-tez işığın kəsilməsi ilə rastlaşdıqlarını bildirirlər. Onlar istehlakçı hüquqlarının pozulduğunu və müəyyən xəbərdarlıq edilməsinin vacib olduğunu deyirlər.
Bəzən nəinki işığın, eyni zamanda suyun və qazın da qəflətən kəsilməsi ilə rastlaşırıq. Maraqlıdır, kommunal xidmətlərdən istifadənin kəsilməsinə dair qabaqcadan xəbərdarlıq edilməməsi nə dərəcədə düzgündür?
Sualımızı cavablandıran təhlükəsizlik üzrə eskpert Elmar Nurəliyev bildirdi ki, kommunal xidmətlər göstərən qurumlar- istər su, istər qaz, istərsə də işıq idarəsi hansısa nasazlıq yaranıbsa və buna görə kommunal xidmətin fəaliyyətində məhdudiyyətlər olacaqsa, ərazi üzrə əhalini məlumatlandırmalıdır:
“Evdə olan şəxs hardan bilsin ki, qəza olub, hansı səbəbdən işıq yaxud qaz kəsilib. Ona görə də əhalinin üzərinə müəyyən məsuliyyət düşür. Onlar öz təhlükəsizliyini özləri də qorumalıdır. Evdə ehtiyac olmadığı halda otaqların işıqlarını yandırmaq, elektrik cihazlarını istifadə etdikdən sonra cərəyandan ayırmamaq , evdə eyni anda bütün elektrik cihazları və avadanlıqlarından istifadə etmək elektrik xətlərində qızmaya səbəb ola bilər. Belə olduqda hətta yanğın təhlükəsi də yaranır. Elektrik cihazlarından istifadə etdikdən sonra cərəyandan çıxarılmasa və ani bir qısapanma olarsa, o elektrik cihazları sıradan çıxa bilər. Yaxud işıqlar sönə bilər və müəyyən saatdan sonra yana bilər ki, bu zaman artan gərginlik olarsa cərəyana birləşmiş elektrik cihazı sıradan çıxa biər. Ona görə də hesab edirəm ki, kommunal xidmətlər göstərən qurumlar bunu nəzərə alaraq mütləq əhalini xəbərdar etməlidirlər”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“Son 6 ildə təhsilin keyfiyyətində xeyli irəliləyiş əldə edilib”
23.09.2019
“Çinin Uyğur Türklərinə etdiyi təzyiq siyasətinə reaksiya göstərilməlidir“
23.09.2019
Azərbaycanın bugünkü uğurlarında məhz “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti oldu
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info