Vilayət Eyvazov Rusiya Polis akademiyalarında təhsil üçün göndəriləcək kursantlarla görüşüb
Tarix: 26.08.2019 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Avqustun 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Polis akademiyalarında təhsil almaq üçün ezam ediləcək kursantlar və onların valideynləri ilə görüşüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, görüşdə qarşıdakı beş il ərzində Azərbaycan Polisini Rusiyada təmsil edəcək gəncləri və onların valideynlərini təbrik edən nazir son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını, dövlətimizin başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını qeyd edib. Ölkə rəhbərliyinin gənclərə hər zaman yüksək diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırıb. Sonra DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov məlumat verib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı razılaşmaya əsasən, bu il Azərbaycan DİN-ə Volqoqrad və Nijeqorodsk şəhərlərindəki Polis akademiyalarında 9 yer ayrılıb. Həmin yerlərə qəbul üçün elan edilmiş müsabiqəyə 24 namizəd qatılıb. Nazirliyin müvafiq komissiyası tərəfindən müsabiqə tam şəffaflıq şəraitində keçirilib. Namizədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində topladığı balları, rus dilində yazı qabiliyyəti və şifahi nitq bacarıqları, eləcə də fiziki hazırlığı əsas götürülüb. Yekunda ən layiqli 9 abituriyent seçilib.
Nazir, general-polkovnik Vilayət Eyvazov həyatlarında ən əlamətdar günlərdən biri – kursant adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində, təhsildə uğurlar arzulayıb. O, gənc əməkdaşlara Vətənimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edib. Nazir əmin olduğunu bildirib ki, Rusiyanın Polis akademiyalarına göndərilən gənclərimiz orada mükəmməl təhsil alaraq müasir texnologiyalarla işləmək bacarığına yiyələnəcək, Vətənə qayıdıb cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin olunmasında, vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin keşiyində duracaqlar.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info