“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
Tarix: 26.08.2019 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarının rəhbərlərinin, icra hakimiyyətinin nümayəndələrinin, bələdiyyə sədrlərinin, din xadimlərinin, dindarların və gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. O, dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin önəminə toxunaraq bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, dövlətimizin din sahəsindəki başlıca vəzifəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, eləcə də vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasıdır. Rayonda dini durumun sabit olduğunu qeyd edən icra hakimiyyətinin başçısı onu da bildirib ki, Suraxanı ərazisində 12 məscid və 1 ziyarətgah fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılmasıdır. O, DQİDK-nın digər müvafiq qurumlarla birgə bu sahədə mütəmadi işlər həyata keçirdiyini diqqətə çatdırıb. Respublikamızda ictimai-siyasi və dini durumun sabit olduğunu vurğulayan sədr müavini deyib ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilib. O, Bakıda keçirilən Mədəniyyətlərarası və Humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib. Dünyada gedən proseslərə nəzərə salan Səyavuş Heydərov deyib ki, bəzi qüvvələr öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən istifadə edirlər. Son dövrlərdə dünyada, o cümlədən müsəlman ölkələrində baş verən məzhəblərarası qarşıdurmalarda və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. İslam dini əslində sülh, əmin-amanlıq dinidir. Bu din inkişafa, elm və təhsilə xüsusi önəm verir. İslamda xurafat elementləri yoxdur. Komitənin sədr müavini hər kəsi dini radikalizmə qarşı ayıq-sayıq olmağa çağıraraq cəmiyyətə, xüsusilə gənclərimizə yad dini ideologiyaların təsirinə məruz qalmamağı tövsiyə edib. O deyib ki, vətəndaşlarımız milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalıdırlar. Səyavuş Heydərov sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info