Ukrayna prezidenti azərbaycanlı diaspor rəhbərilə görüşüb
Tarix: 26.08.2019 | Saat: 18:18:00 | E-mail | Çapa göndər



Kiyevdə Rövşən Tağıyevin təqdim etdiyi 150 metrlik Ukrayna bayrağının təqdimatı olub


Ukraynanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə avqustun 24-də Kiyevdə keçirilən rəsmi tədbirə ölkənin Prezient Administrasiyasının dəvəti ilə Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev də qatılıb.
BUAK-dan verilən məlumata görə, tədbir çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskiy Rövşan Tağıyevlə görüşüb. Görüş zamanı R. Tağyev Ukraynada yaşayan etnik xaqların ölkənin ictimai-siyasi həyatında fəallığını xatırladaraq aparılan islahatlar çərçivəsində təkliflərini səsləndirib, prezidentlə etnik xalqları təmsil edən təşkilatların görüşünü təklif edib. V. Zelenskiy təklifi yüksək dəyərləndirərək tezliklə R. Tağıyevin təklif etdiyi etnik xalqların nümayəndələri ilə rəsmi görüş keçirəcəyini, təklifləri mütləq müzakirə edəcəyini bildirib.
Tədbir çərçivəsində R. Tağıyev Ukraynanın eks prezidentləri Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşenko və Pyotr Poroşenko ilə də görüşüb. Eks prezidentlər R. Tağıyevə Ukrayna uğrunda gördüyü işlər üçün minnətdarlığını bildiriblər. Tədbirdə R. Tağıyev ABŞ Dövlət Departamentinin Ukraynada rəsmi təmsilçisi Kurt Volkerlə də Ukraynadakı sitüasiya ilə bağlı müzakirələr aparıb, ona ölkə üçün etdiyi diqqətə görə təşəkkür edib. Bir gün əvvəl avqustun 23-də keçirilən ölkənin Bayraq Günü ilə bağlı mərasimdə isə Kiyev meri Vitali Kliçkonun təşkilatçılığı ilə Rövşən Tağıyevin hazırladığı 150 metrlik Ukrayna bayrağının təntənəli təqdimatı olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info