Elektron siqaret istifadə edənlərdə ortaya çıxan sirrli ağciyər xəstəliyi
Tarix: 26.08.2019 | Saat: 21:48:00 | E-mail | Çapa göndər



İllinois Xalq Sağlamlığı Fundamental Elmi Qurumdan (İDPH) verilən məlumata görə...


Amerika Birləşmiş Ştatlarında elektron siqaret istifadə edənlərdə yay aylarında ortaya çıxan sirrli ağciyər xəstəliyilə bağlı ilk dəfə bir adam həyatını itirdi.
İllinois Xalq Sağlamlığı Fundamental Elmi Qurumdan (İDPH) verilən məlumata görə, İllinois ştatında ağciyər narahatlığı ilə bağlı xəstəxanaya aparılan bir adam ölüb. Eyni səbəbdən xəstəxanaya 22 nəfər gətirilib ki, bunlardan 12-sinin müalicəsi hələ davam edir.
17 - 38 yaş arasında olan bu xəstələr hava çatışmazlığı, nəfəs kəsilməsi və sinə ağrıları ilə xəstəxanaya gəliblər. Qusma, ishal və əldəndüşmə kimi həzm sistemilə bağlı şikayətlərlə də xəstəxanaya müraciət edilib.
İllinois Xalq Sağlamlığı Fundamental Elmi Qurumin direktoru Nqozi Ezike mövzu ilə bağlı deyib:
“Semptomların təkcə bir xəstəlikdən olub-olmadığı dəqiqləşməyib. ABŞ Xəstəliyə Nəzarət və Qorunma Mərkəzi (CDC) mütəxəssisləri hadisələri araşdırmaq üçün avqustun 21-də İllinoisə gəliblər.
28 iyun - 20 avqust tarixləri arası ölkə daxilində 16 ştatda elektronik siqaret istifadə edən 153 nəfər tibb tərəfindən hələ təyin oluna bilməyən ağciyər narahatlığı şikayətiylə sağlıq mərkəzlərinə müraciət edib”.
Qeyd edək ki, ABŞ Səhiyyə Nazirliyi 2018-ci ilin dekabrında verdiyi hesabatda ölkədə 2017-2018-ci illərdə orta məktəb şagirdləri arasında elektron siqaret cihazlarının istifadəsinin 78 faiz artdığın bildirmişdi. Bu gənclərin 27 faizi fasiləsiz elektron siqaret istifadə edənlərdir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info