Bu il lənkəranlı məzunlardan 592 nəfər ali,210 nəfər isə orta-ixtisas məktəblərinə daxil olub
Tarix: 27.08.2019 | Saat: 06:33:00 | E-mail | Çapa göndər



Lənkəran rayonunda 2018/2019-cu tədris ilində ümumi orta təhsil üzrə 2355, tam orta təhsil üzrə 1528 məzun attestat alıb. XI və IX siniflərin hər ikisində 12 məzun fərqlənmə attestatına layiq görülüb. Məzunlardan 1 nəfərinə qızıl, 1 nəfərinə isə gümüş medal təqdim edilib.

Bu barədə Lənkəran Şəhər Təhsil Şöbəsi müdirinin müavini Güloğlan Bağırov AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bu il ölkəmizin ali məktəblərinə daxil olmaq üçün Dövlət İmtahan Mərkəzinə 1126 məzunun sənəd verdiyini vurğulayan G.Bağırov, onlardan 991 nəfərinin builki məzunlar olduğunu diqqətə çatdırılıb.
Bildirilib ki, bu il lənkəranlı məzunlardan 592 nəfər ali, 210 nəfər isə orta-ixtisas məktəblərinə daxil olub. Onlardan 20 nəfəri 600-dən, 87 nəfəri 500-dən yuxarı bal toplayıb.
Orta məktəbi qızıl medalla bitirmiş rayonun Hirkan qəsəbə tam orta məktəbin məzunu Aşur Cəbiyev 626 balla Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə, gümüş medalın sahibi, Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin məzunu Ülvi Həsənli 622,3 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.
Məzunlardan 10 nəfər xüsusi təyinatlı ali məktəblərdə təhsillərini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info