“Elə məlumat yayacam ki, “milli şura” dağılacaq”
Tarix: 26.08.2013 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Əflan İbrahimov: “Mən Cəmil Həsənli adlı adama heç vaxt etibar edə bilmərəm”

"EL" hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov “milli şura”nın gizli və mənfur siyasəti haqda şok açıqlamalar etməyə hazırlaşır. O, bu barədə bildirib: “Prezident seçkilərinə qədər ictimaiyyətə “milli şura”nı dağıdacaq yeni informasiyalar verəcəm”. AXCP və əsasən də müsavatçıların narazılığına səbəb olan bu fikirlər onlarda liderlərinə qarşı şübhələr də oyadıb. Bunu müxalifətçilərin sosial şəbəkələrdə sözügedən şəxsin gizli məlumatlara malik olmasını müzakirəyə çıxarmalarından da sezmək olur. Müxalifətçilər qeyd edirlər ki, “milli şura”nı dağıda biləcək məlumatın yayılması bu düşərgənin də sonu demək olacaq. Ə.İbrahimov bildirib ki, “milli şura”da Azərbaycan xalqına ciddi zərbə ola biləcək müzakirələr gedib: "Seçkiyə qədər “milli şura”nın axırına çıxacam. Onda görəcəksiniz ki, “milli şura”da nələr baş verir. Bütün bunların hamısı barədə informasiya verəcəm. İndi hələ bu barədə məlumat verə bilmərəm".
Ə.İbrahimov Cəmil Həsənlinin “milli şura”nın ehtiyat vahid namizədi olması məsələsinə də münasibət bildirib: "Cəmil Həsənli 20 il AXCP sədri Əli Kərimlinin müavini olub. Bu o deməkdir ki, “milli şura”da Xalq Cəbhəsi Partiyasının namizədi irəli verilib. Mən Cəmil Həsənli adlı adama heç vaxt etibar edə bilmərəm. Çünki bu adamı Biləcəridən o tərəfə heç kim tanımır, bu necə prezident ola bilər? Nə Rusiya, nə ABŞ, nə Avropa tanıyır. Bu adam 20 il cəbhəçi olub. Onun təsəvvürü nə ola bilər? Ancaq cəbhə ideyası".
Ə.İbrahimov, həmçinin bildirib ki, "EL" hərəkatının Ağdaş və Mingəçevir rayon təşkilatlarının sədrləri bəyanat verərək qurumdan çıxdıqlarını açıqlayıblar.
Qeyd edək ki, "EL" hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimov “milli şura”nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.
Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında “milli şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.
Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.
Ə.İbrahimov bu açıqlamalarından sonra “El”in Ali Məclisinin sədr müavini vəzifəsindən istefa verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info