Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Tarix: 27.08.2019 | Saat: 10:03:00 | E-mail | Çapa göndər



Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. Bu istiqamətdə Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi, Bişkekdə Heydər Əliyev parkının və orta məktəbin tikintisi ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək yeddinci Zirvə görüşü və bu tədbirdə Qırğızıstanın iştirakı məsələləri, həmçinin yüksək səviyyədə ikitərəfli səfər müzakirə edilib. Zirvə görüşündə müzakirə ediləcək mövzular və təşkilati məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info