Balaca gimnastımız Budapeştdə qızıl medala sahib oldu
Tarix: 27.08.2019 | Saat: 12:58:00 | E-mail | Çapa göndər



9 yaşlı, balaca gimnastımız Mina Abbasova iyun ayında Bakıda keçirilən “Gymkids kuboku 2019” –Bədii Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatında qazandığı qızıl medalından sonra 23-25 avqust tarixlərində Macarıstanın Budapeşt şəhərində XIX ənənəvi “Gracia” kuboku uğrunda yarışlarda ölkəmizi layiqincə təmsil edib və sayca 35-ci medalına (13 qızıl, 19 gümüş, 3 bürünc) sahib olub.
Macarıstanla yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmalarının qatıldığı bu mötəbər turnirdə həmyerlimiz Mina Abbasova alətsiz çıxışda rəqiblərini böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və komandasına qələbə sevinci bəxş edib. Növbəti 2-ci və 3-cü yerlər macar və rus gimnastlarına verilib.
Qeyd edək ki, balaca gimnastımız indiyə qədər iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə yadda qalıb. Onun bu uğurları təkcə öz idman karyerasına deyil, Azərbaycanın idman tarixinə də qızıl hərflərlə yazılmaqdadır.
O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.
Balaca gimnastımızın həmişəki kimi ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
23.09.2020
Suares “Barselona” ilə vidalaşdı
23.09.2020
“Barselona“ ingilis futbolçu ilə razılığa gəldi
22.09.2020
“Barselona“ daha bir futbolçusunu satdı
22.09.2020
İtaliyada futbol hakimi öldürülüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info