Həsən Məmmədovun ölümündən 10 keçdi
Tarix: 26.08.2013 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Bu gün kino aktyoru, Azərbaycanın xalq artisti Həsən Məmmədovun vəfatından 10 il keçir.
Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Sentyabr ayının 10-da bu qədim sənət ocağının aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə kollektivə qayıdıb. İldən ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevral ayının 2-də köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib.
O, 1989-cu il may ayının 27-də dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il noyabr ayının 21-dən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var. Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynayıb. Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il noyabr ayının 18-də Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
2003-cü ilin 26 avqustunda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
AzTV “Diriliş Ertuğrul” serialını yayımlayacaq
24.09.2020
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info