Yeniyetmələr arasında Avropa çempionatında medal qazanan şahmatçılarımız təltif edilib
Tarix: 27.08.2019 | Saat: 13:44:00 | E-mail | Çapa göndər


Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində uğurla çıxış edərək medallar qazanan Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.
Nazir Azad Rəhimov gənc idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib, Azərbaycan şahmatının gələcək inkişafında onların hər birinin rolunu xüsusi vurğulayıb. Azərbaycan şahmatının ənənələri, ölkəmizdə təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadası, Dünya Kuboku, super-turnirlər və beynəlxalq şahmat festivalları haqda məlumat verən nazir Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ölkəmizdə idmanın digər növləri kimi, şahmatın da inkişafına yüksək diqqət və qayğı göstərdiyini bildirib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Gənclər və İdman Nazirliyinə şahmatçılar adından təşəkkürünü bildirib.

Sonra Azad Rəhimov Avropa birinciliyində medallar qazanmış gənc şahmatçılara Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarını və pul mükafatları təqdim edib.
Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. On dörd və səkkiz yaşadək qızların yarışında müvafiq olaraq Ayan Allahverdiyeva və Dinara Hüseynova (hər ikisi Bakı) Avropa çempionu olublar. Gəncə təmsilçisi Səadət Bəşirli səkkiz yaşadək qızların mübarizəsində gümüş medala layiq görülüb. Oğlan təmsilçilərimizdən Yusif Kərimli (Şəki) səkkiz, Cahandar Azadəliyev (Bakı) isə on yaşadək şahmatçıların yarışında bürünc medallara sahib olublar. Bu nəticə ilə Azərbaycan yığması komanda hesabında Rusiyadan sonra ikinci pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17.09.2019
Çempionlar Liqasında qrup mərhələsi başlayır
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info