21-ci Türk Dünyası günləri tədbirində Azərinin çıxışı coşqu ilə qarşılanıb
Tarix: 27.08.2019 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


21-ci Türk Dünyası günləri tədbirində Azərbaycanın məşhur dövlət sənətçisi Azərin və Qırğızıstan sənətçiləri səhnəyə çıxdı. Onlar Respublika meydanını sanki coşdurdular... Azərinin isə "Harikasın Türkiyem ... Harikasın Kastamonu ..." deməsi izdihamı daha da canlandırdı...
Kastamonu Bələdiyyəsi tərəfindən təşkil edilən “Türk Dünyası Günləri”nin 21-ci buraxılışı böyük ziyafətin səhnəsi oldu. Səhnəyə çıxan Azərbaycanın məşhur sənətçisi Azərin Azərbaycan İslam ölkələrində baş verən hadisələrə toxunaraq birlik və həmrəyliyə çağırdı.
Birliyimizi və həmrəyliyimizi gücləndirmək məqsədi ilə Kastamonu Bələdiyyəsi tərəfindən təşkil edilən Türk Dünyası Günləri çərçivəsində Cumhuriyyət Meydanında olan izdihamı əvvəlcə Qrup Dem, daha sonra isə Azərin həyacanlandırdı.
Cumhuriyet Meydanında təşkil olunan konsert gecə gec saatlara qədər davam etdi.
Azərin səhnədə göstərdiyi performansıyla konsertə bir canlanma verdi. Azərbaycan və Türkiyə bayraqlarının da asıldığı konsertdə, Azərin ana vətənin Azərbaycan, ata vətəninin isə Türkiyə olduğunu deyib. Azərin bir Azərbaycan türkü olduğu ilə çox qürur duyduğunu bildirdi və dedi ki, türklərin yaşadığı hər yer mənim üçün vətəndir: “Türk olmaqdan böyük qürur duyuram. Türkiyənin hansı şəhərinə getsəm məni bağırlarına basırlar. Biz iki dövlət bir millətik deyirik. Bunu boşuna demirik. Dünyanın harasında olursa, olsun bir azərbaycanlı varsa ürəyi Türkiyə üçün döyünür. Azərbaycan demək Türkiyə demək, Türkiyə demək Azərbaycan deməkdir".
Bundan əlavə, məşhur sənətçi Azərin Qarabağ hadisələrinə işarə edərək deyib: “ Qırğınların edildiyi Misirdə, Suriyada, uyğur türkləri kimi bütün İslam ölkələri, müharibəni dayandırmalı və birlik və həmrəylik içində qardaş yaşamalıdırlar. Ümid edirəm ki, bu ədalətsiz qırğınlar ən qısa zamanda sona çatacaq və İslam coğrafiyası rahatlıq və barış içində olacaq". Cumhuriyet meydanını dolduran minlərlə kastamonalı, "Can Azərbaycan" şüarlarını qışqırdılar və Ermənistanı lənətlədilər.
Azərin məşhur Çırpınırdın Qara dəniz mahnısını oxuyarkən minlərlə kastamonalı ayağa qalxaraq “Qarabağ bizim qürurumuzdur. Qarabağ Türkdür, Türk qalacaq” şüarları ilə meydanı coşdurdu. Məşhur sənətçi bu coşğu qarşısında "Harikasın Türkiyem ... Harikasın Kastamonu ..." deyə cavab verdi ...
Türk Dünyası tədbirləri çərçivəsində konfranslar, kitab sərgiləri, foto sərgilər və konsertlər verildi. Bu axşam isə yenə qırğız sənətçi Bünyamin Aksungur və qızı Qırğız Özyaman konsertləri veriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23.09.2019
Nəsimiyə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri məlum olub
23.09.2019
Azərbaycan “Xalqların adət-ənənələri və mətbəxi” adlı festivalda təmsil olunub
23.09.2019
Xaricdə yaşayan iki azərbaycanlı yazıçının uğuru
23.09.2019
Akademik Musiqili Teatrın aktyorları Gəncədə çıxış edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info