Prezident yeni cərimələri təsdiqlədi - 1000 AZN
Tarix: 27.08.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib. Palitranews.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə yeni 576.3 və 576.4-cü bəndləri əlavə edilib.
Sənədin yeni 576.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və ya işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) təqdim edilməməsinə görə, 500 manatadək məbləğdə cərimələnir. Məcəlləyə yeni əlavə edilən 576. 4-cü bənddə isə qeyd edilib ki, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurum) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
18.09.2020
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
18.09.2020
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik
18.09.2020
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
18.09.2020
Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info