Gənclər üçün öyrənmə səfərləri təşkil edilib
Tarix: 26.08.2013 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi “Şəxsi inkişaf- gələcək uğurun zəmanəti kimi” layihəsi çərçivəsində gənclər üçün öyrənmə səfərləri təşkil edib. “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi (GİM) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Eşborn (GİZ) dəstəyi ilə Göyçay rayonunda həyata keçirdiyi “Şəxsi inkişaf- gələcək uğurun zəmanəti kimi” adlı layihəsi çərçivəsində layihənin komponentlərindən biri olan “Bağçılıq üzrə menecer” təlimlərinin yekunu olaraq iştirak edən 30 nəfər gənc üçün öyrənmə səfərləri təşkil edib. Öyrənmə səfərləri 23-24 avqust tarixlərində keçirilib. Səfərlər ilk olaraq AZNAR QSC-nin Nar bağlarına səyahətlə başlayıb.
Öyrənmə səfəri ilə əlaqədar təşkil olunan görüşdə giriş sözü GİM-in sədri Əzizağa Atakişiyev açıb. Layihənin məqsədi və öyrənmə səfərinin təşkili haqqında iştirakçılara məlumat verib. O qeyd etdi ki, layihəni yerinə yetirməkdə əsas məqsəd gənclərin peşə bacarıqlarının artırılması, məşğulluğunun təmin olunması ilə yanaşı, regionda kadr inkişafına, xüsusilə “Bağçılıq üzrə menecer” təlimləri vasitəsilə gənclərin kənd təsərrüfatı peşə ixtisaslarına maraqlarını artırmaq və region üçün əhəmiyyətli olan narçılığın inkişafı istiqamətində gənclərə biliklər verməkdir.
Səfər zamanı narçı mütəxəssis Zaur Hacıyev gənclərə təlimlər zamanı tədris etdiyi mövzuları bir daha xatırladıb və onlara əyani olaraq nar ağacı üzərində nümunələr göstərdi. Sonra Zaur Hacıyev nar ağacının əkilməsi, qulluq qaydaları, xəstəlikləri, zərərvericiləri, onlara qarşı mübarizə, nar meyvəsinin məhsulunun itkisiz yığılması və saxlanması haqqında danışıb.
Növbəti gün öyrənmə səfəri Teymur Əhmədov adına AZNAR QSC-yə səfərlə başlayıb. Öyrənmə səfərinin iştirakçıları işçi heyəti, laboratoriya, soyuducu saxlama anbarları və digər istehsal avadanlıqları ilə yaxından tanış olublar. Sonra AZNAR QSC-nin istehsal üzrə direktoru Nazim Əsgərov gəncləri maraqlandıran sualları cavablandırıb və AZNAR QSC-nin işə qəbul prosedurları haqqında ətraflı məlumat verib.
Sonra Əzizağa Atakişiyev öyrənmə səfərini dəstəklədiyinə və səfər üçün razılıq bildirdiyinə görə Aznar QSC-nin rəhbərliyinə, xüsusilə Fərhad Əhmədova təşəkkürünü bildirib. Sonda təlimlərdə iştirak etmiş gənclərə sertifikatlar təqdim edilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info