“Qolos Armenii”: ”Ermənistanın inkişaf perspektivi ilə bağlı Paşinyanın vədlərinə bütün dünya gülür”
Tarix: 27.08.2019 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Adətən, prezidentli respublikalarda baş nazir yalnız üçüncü tərəf kimi tanınır və bir çox hallarda ölkənin prezidenti başqaları ilə yanaşı, onun fəaliyyətinə də düzəlişlər etmək hüququna malikdir. Bu gün bütün məhdudiyyətlərdən uzaq olan baş nazir Nikol Paşinyan Ermənitanda özünü şah kimi tanıtmaqdadır.
Bəlkə də bunun nəticəsidir ki, artıq bir çox dünya xalqları, erməni baş nazirin dediyiinə (əslində, buna sərsəmləmə də demək olar) görə, nəinki ölkəni, hətta onun xalqını da mühakimə etməkdədirlər. Ermənilərin «Qolos Armenii» saytının yazdığına görə, yüksək ifadələr və ucuz şoular göstərməkdə o qədər də xəsislik etməyən Nikol Paşinyan, görən, bütün bunları ölkə adından danışdığının məsuliyyətini anlayırmı? Vaxtilə, müxalifət qəzetinin qalmaqallı redaktoru və artıq bir il dörd ayıdan artıq hakimiyyətdə olan bir şəxs hazırkı rolunun əvvəlkindən fərqli olduğunu başa düşürmü? Təbii ki, Paşinyan başa düşməsə də artıq, erməni xalqı onun vaxtilə xalqa verdiyi vədlərdən qaçmağa çalışdığını anlamağa başlayıb. Paşinyanın xalqa verdiyi vədləri sadalamaqdan uzaq olduğunu bildirən erməni saytı bütün bunları xalq üçün məzəli gülüşdən uzaq, həyəcanverici bir təhqir kimi təqdim edir: «Çünki bütün dünyanın siyasi liderləri, hətta psixiatrik xəstəxananın xəstələrinin xəyal etmədiyi, amma Paşiynan tərəfindən səsləndirilən perspektivli inkişaf xülyasına görə, erməni xalqına gülür».
Sayt daha sonra yazır: «Maraqlıdır ki, vaxtilə dediklərindən indi sapınmağa çalışan «xalqın baş naziri»nə qarşı erməni xalqının belə susqunluq göstərməsi təəccüb doğurur. Məgər, erməni xalqı, doğrudanmı, heç üç milyon da əhalisi olmayan bir ölkənin dünyanın ilk iyirmiliyində qərar tutacaq orduya malik olacağına və ya ilk onluğuna daxil olan zəka yarada biləcəyinə inanırmı? Təbii ki, inanmır».
Qeyd edilməlidir ki, sayt, bir çoxlarında ikrah dolusu gülüş doğura biləcək bir məsələyə də toxunur. Bu da Paşinyanın bir müddət bundan əvvəl, özünün Nobel mükafatına təqdim olunması barədə danışmağa başlaması ilə bağlıdır. Sayt daha sonra acı bir ironiya ilə yazır: «Dünyanın bütün dövrlərində nadir hallarda baş verən «qansız inqilabı» Ermənistanda məhz Paşinyan həyata keçirib axı. Buna görə də, onun bu mükafatı almağa şansı «çox böyükdür». Özü də Paşinyanın bu mükafata təqdimatı bu il həyata keçirilməlidir. Çünki növbəti Nobel mükafatı mərasimi ilə bağlı texniki çətinliklərin olacağı ehtimal olunur. Həmin il ermənilər yalnız Oskar mükafatına ümid edə bilərlər ki, bu da onlar üçün elə bir çətinlik törətmir. Bu gün Ermənistanın gələcək inkişafı üçün perespektivlə dolu ssenarilər yazılır. Xalq isə hələ ki, həvəslə olmasa da, bu serialları izləməkdədir. Belə görünür ki, serial artıq darıxdırıcı təsiri bağışlamaqdadır və deməli, kanalı dəyişməyin vaxtı gəlib. Amma unutmayın: Ermənistanda hələ ki, ekranlarda, kompüterlərdə oturacaq biri var. O, hələ də Ermənistanın dünyəvi ölkə olacağı ilə bağlı vədlər verməkdə davam etməkdədir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“İnqilabdan sonra Ermənistandakı iqtisadi çətinliklər azalmayıb, əksinə, daha da şiddətlənib”
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info