BDU-da “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilib
Tarix: 27.08.2019 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) öz işinə başlayıb.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilmsi ilə başlayıb.
BDU-nun rektoru Elçin Babayev konfransı açaraq onun əhəmiyyəti və məqsədindən danışıb. Akademik fikir və son tədqiqat işlərinin mübadiləsini təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirmək olan konfransın bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunduğunu diqqətə çatdırıb.
4 gün davam edəcək konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələrin təqdim ediləcəyini qeyd edən rektor Elçin Babayev onun işinə uğurlar arzulayıb.
Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutduğunu vurğulayıb.
Sonra İtaliyanın Bari Aldo Maro Universitetinin professoru Francesko Altomare, Almaniyanın Bergakademie Freiberg Texniki Universitetinin profesoru Wolfgang Sproessing və Türkiyənin Qazi Univerditetinin professoru Hilmi Hacısalihoğlunun məruzələri dinlənilib.
Konfransın bölmə iclaslarında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliyinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiya və Bakı Dövlət Universitetlərinin, o cümlədən Rumıniyanın Simion Stoilou Riyaziyyat İnstitutunun alimləri təqdimatla çıxış ediblər.
Qeyd edək ki, Cəbr, Topologiya, Riyazi analiz və differensial tənliklər, Statistika, Tətbiqi Riyaziyyat, Riyazi təhsil, Diskret Riyaziyyat, İnformasiya təhlükəsizliyi, Həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı 43 ölkədən daxil olmuş 243 elmi məruzə üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda nəşr olunacaq.
Konfransın əsas işçi dili ingilis dilidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub
13.08.2020
“Hər şey Vətən üçün!”
13.08.2020
Bu gün keçirilən qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək?
13.08.2020
Buraxılış imtahanlarında yüksək bal toplayan məzunlar
13.08.2020
Rusiya ilə təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info