Fransa Prezidenti: “Dünyada Qərbin hegemonluğu başa çatır”
Tarix: 27.08.2019 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


“Dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən Qərbin hegemonluğu başa çatır”. Bu fikri Fransa Prezidenti Emmanuel Makron respublikanın səfirləri ilə keçirdiyi müşavirədə səsləndirib. TASS xəbər verir ki, E.Makron deyib: “Biz dünyada Qərbin hegemonluğunun başa çatdığını görürük. Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır”. E.Makron əlavə edib ki, Fransa üçün Rusiya ilə münasibətlərə yenidən baxmaq və daha güclü əlaqələr qurmaq zəruridir. “Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, “dondurulmuş” münaqişələr və “soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilərik. Gündəlik olaraq bu istiqamətdə addımlar atılmalıdır” - deyə Fransa Prezidenti vurğulayıb. O qeyd edib ki, Rusiyanın iştirakı olmadan Avropada etimad mühitinin və təhlükəsizliyin olduğu yeni arxitektura qurmaq mümkün deyil. Fransa Prezidenti diqqətə çatdırıb ki, ölkəsinin Xarici İşlər və Silahlı Qüvvələr nazirliklərinin nümayəndələri bir neçə gündən sonra Moskvada danışıqlara başlayacaqlar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“İnqilabdan sonra Ermənistandakı iqtisadi çətinliklər azalmayıb, əksinə, daha da şiddətlənib”
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info