Azərbaycanda 1474 müəllim işə qəbul olunub
Tarix: 26.08.2013 | Saat: 11:35:00 | E-mail | Çapa göndər


2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb. İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibənin nəticələrinə əsasən 1245 müəllim işə qəbul edilib. Müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə aparılan əlavə yerləşdirmədə iştirak edən 2443 nəfərdən 400-ü müsahibəyə buraxılıb və onların 229 nəfəri işə qəbul edilib. Beləliklə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb. İşə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi qəbul olunub. Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün digər müvafiq fənn müəllimləri arasında bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas müəllimlərinə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilib. Onlardan 2999-u Azərbaycan, 187-si isə rus bölməsi üzrə olub. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənlərini, rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisasını əhatə edib. Vakant yerlərə 18782 nəfər elektron ərizə versə də, imtahanlarda 15030 nəfər iştirak edib. Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
İsmayıllıda yol tikintisinə vəsait ayrıldı
20.06.2018
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
20.06.2018
“Bakcell” sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib
20.06.2018
 Kamran Nəzirlinin iki kitabının təqdimatı olub
20.06.2018
Qaçaqmalların ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info