Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
Tarix: 26.08.2013 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür.
Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Bu, xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiq edən daha bir faktdır.
Müstəqillik illərində Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri vardır. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
Ölkəmizdə Beynəlxalq Muğam Mərkəzi inşa olunub. Mərkəz artıq ən mötəbər tədbirlərin məkanına çevrilib. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən Beynəlxalq Muğam festivalları, həmçinin gənc muğam ifaçılarını üzə çıxarmaq üçün təşkil olunan müsabiqələr xüsusi qeyd edilməlidir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info