AVCİYA 18 rayonda seminarları başa vurdu
Tarix: 26.08.2013 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 9 oktyabr 2013 – cü il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar regionlarda seminarları davam etdirir. Xaçmaz, Quba, Qusar, Şabran, Ziyəzən, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Qəbələ, Oğuz, Ağdaş Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə keçirilən seminarlardan sonra avqustun 25-26- də AVCİYA Gəncə regional ofisinin təşkilatçılığı ilə Gəncə, Göygöl, Şəmkir rayonlarında seçkiləri müşahidə edəcək şəxslər üçün seminarlar keçirilib. AVCİYA seçki treniqlərinə start verdiyi vaxtdan artıq 18 rayonda seminarlar keçirib. Əvvəlki seminarlarda olduğu kimi AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı tədbir iştirakçıları qarşısında məruzələr edib. Məruzəçi bu il keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidəçilərin də iştirakının əhəmiyyəti, seçkilərin demokratik və şəfaf keçirilməsində QHT-lərin rolu, assosiasiyanın preziden seçkiləri ilə bağlı gördüyü işlər barədə geniş məlumat verib. Bundan sonra M. Zülfüqarlı seçki günü müşahidəçilərin aparacaqları monitoriqin hər bir mərhələsində görəcəkləri işlər barədə konkret məlumatlar verib. O, həmçinin müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı iştirakçıların suallarını da cavablandırıb. Regionlarda növbəti seminarlar AVCİYA- nın Cəlilabad regional ofislərinin təşkilatçilığı ilə təşkil olunacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Naxçıvan Ali Məclisinin Sədri yanında KİVDF yaradılıb - FƏRMAN
19.09.2019
Daxili İşlər naziri gənc zabitləri təbrik edib
19.09.2019
Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib
19.09.2019
Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info