Əli Həsənov: “Sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram”
Tarix: 28.08.2019 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


"Tez-tez bu cür suallarla qarşılaşıram: "Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?" Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir". "Palitranews.az" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov özünün "Facebook" profilində yazıb. Əli Həsənov daha sonra bunları qeyd edib: "Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi bəyan edirəm ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ən ümdə vəzifələrdən biridir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün isə mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır. (Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarekterli çağırışların tirajlanması baxımından da münbit məkandır) Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəcüblü gəlməməlidir. Bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram".




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
“Şərq-Qərb”, “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
24.09.2019
XİN: Azərbaycan təmas xəttində baş verən hadisəni araşdıracaq və onu törədənlər cəzalandırılacaq
24.09.2019
Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib
24.09.2019
Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb
24.09.2019
Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info