Masallı rayonunun Lürən ərazisində səyyar görüş
Tarix: 28.08.2019 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


28 avqust 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Lürən kəndində keçirilmişdir. Səyyar görüş - qəbulda 100-ə yaxın kənd sakini iştirak etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Tərlan Hüseynov, Balakərim Yaqubov, Qəribəli Məmmədov, Rəfail Məmmədov və başqaları kredit, yol təmiri, pay torpaqlarının kooperativ şəkildə birləşməsi və s. ilə bağlı məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər həmçinin sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info