“Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”
Tarix: 28.08.2019 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“KİV-də Fransa Prezidenti Makronun maraqlı bir açıqlaması yayıldı”. Bunu Türkiyə-Rusiya yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə təsiri ilə bağlı SİA-nın sualına cavabında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, Makron bildirib ki, dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən Qərbin hegemonluğu başa çatır: “Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır. Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, “dondurulmuş” münaqişələr və “soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilərik”. Dünyada baş verən bu siyasi dəyişikliklərdən yaxşı baş çıxaran Türkiyə rəhbərliyi də xarici siyasətlərində çox kəskin də olmasa, hər halda, müəyyən dönüş edib. Türkiyə regionun ən güclü dövləti olan Rusiya ilə, həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşmaq kursu götürüb. Rusiyanın ən müasir silahını, C-400 raketdən müdafiə sistemini Türkiyənin alması buna ən tutarlı sübut ola bilər. Ərdoğan Rusiya səfərində olarkən bildirdi ki, iki ölkənin ticarət dövriyyəsi 25 milyard dollardır, hədəf isə bu rəqəmi 100 milyard dollara çatdırmaqdır. Göründüyü kimi, Rusiya ilə Türkiyə arasındakı bütün sahələrdəki əlaqələr yüksələn xətlə inkişaf edir".
N.Əliyevin fikrincə, iki qonşu dövlət arasında münasibətlərin müsbət məcrada inkişaf etməsi Türkiyəyə regionda ən yaxın dövlət olan Azərbaycan üçün də sərfəlidir: "Belə ki, Rusiya-Türkiyə münasibətləri yaxşılığa doğru irəlilədikcə Dağlıq Qarabağ probleminin də həll ediləcəyinə ümidlər artır. Xatırlayırsınızsa, Ərdoğan bir neçə il əvvəl Rusiya səfərindən qayıdarkən bu problemlə bağlı suala belə cavab vermişdi: “Dağlıq Qarabağ probleminin həllinin açarı Moskvadadır”. Azərbaycan dövləti də sözügedən münaqişənin həllində Rusiyanın həlledici rolunu qiymətləndirir, həm də bir qonşu dövlət kimi Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Beləliklə, həm Türkiyənin, həm də Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər yaxşı olsa, bu, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bir o qədər müsbət təsir edə bilər”.
Gülyana




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info