“Sosial şəbəkələrdə din pərdəsi adı altında təbliğat aparan qruplar var”
Tarix: 29.08.2019 | Saat: 13:59:00 | E-mail | Çapa göndər


Hər bir insanın dinə bir yanaşması var. Kimin üçün din mənəviyyat məsələsidir, kimin üçün hüquq, kimin üçün vicdan azadlığıdır, kimə görəsə həyat tərzi və ya şəriət məsələsidir.
Aidiyyəti dövlət qurumlarının borcudur ki, bu yanaşmaların hamısına uyğun şərait yaratsın.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının 3 baxış bucağı var: "Birinci baxış bucağı dövlətin dini təhlükəsizlik məsələsidir. Yəni dövlətin borcudur ki, bu sahəyə milli təhlükəsizlik prizmasından yanaşsın. Bunun üçün dövlətin xüsusi xidmət orqanları var. İkinci baxış bucağı ictimai təhlükəsizlik məsələsidir. Bunun üçün dövlətin hüquq-mühafizə orqanları var. Bir də üçüncü olaraq hər bir dövlət bu məsələyə özünün ideoloji təhlükəsizlik nöqteyi-nəzərindən yanaşmalıdır. Dövlət öz ideoloji təhlükəsizliyini təmin etmək üçün o meyarları müəyyənləşdirərək bu sahəni tənzimləməyə çalışmalıdır. İdeoloji nöqteyi-nəzərdən bu sahəyə yanaşmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, digər dini icmalar, Qeyri-Hökumət Təşkilatlarının bu sahədə bizimlə birgə əməkdaşlığı olduqca vacibdir. Bununla bağlı kifayət qədər müzakirələr apara bilərik".
Sədr müavini bildirib ki, ideoloji təhlükəsizlik, din sahəsində problemlər dedikdə, ilk ağlagələn dini radikalizm olur: "Amma təəssüf ki, cəmiyyətimizi narahat edən təkcə dini radikalizm deyil. Din pərdəsi altında başqa məsələlər də var ki, bunlar da narahat edən məqamlardır. Məsələn, milli kimliklə dini kimlik anlayışının, azərbaycançılıq ideologiyası ilə İslamın qarşı-qarşıya qoyulması, yaxud din pərdəsi adı altında dünyəvilik prinsiplərinə zidd təbliğatın aparılması cəhdləri, qadın hüquqları, ənənəvi ailə institutu, dünyəvi təhsil sisteminə qarşı müəyyən təhdid cəhdlərinin olması geniş müzakirə edəcəyimiz məsələlərdir.
Bu məsələlərin həlli istiqamətində birgə layihələr həyata keçirmişik, uğurlu fəaliyyətimiz var".
O həmçinin bildirib ki, sosial şəbəkələrdə din pərdəsi adı altında təbliğat aparan qruplar var.
Natiqin sözlərinə görə, həmin qruplar Azərbaycanda deyil, xaricdədirlər: "Bu proses əsasən azərbaycanlıların da aktiv olduğu "Facebook" şəbəkəsində daha çox olur. Onlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərir. Çox istərdik ki, cəmiyyət, ictimai qurumlar sosial şəbəkələrdə bu cür qruplara mane olmaq üçün müzakirələr aparsın, aktiv fəaliyyət göstərsin".

Tural




 
Bölməyə aid digər xəbərlər
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
12.09.2019
Sosial mənzillərin növbəti satış tarixi məlum oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info