Armen Aşotyan: ”Ermənistandakı siyasi dəyişiklik heç bir müsbət inkişafa gətirib çıxarmadı”
Tarix: 29.08.2019 | Saat: 15:22:00 | E-mail | Çapa göndər



David Şahnazaryan:
”Paşinyan xarici qüvvələr tərəfindən hakimiyyətə gətirilib”

«Ermənistan inqilabından ölkəmizin beynəlxalq platformada tanınması və nüfuzunun artırılması üçün istifadə edilməlidir». Bu fikirləri özündənmüştəbeh erməni baş nazir Nikol Paşinyan «Facebook» səhifəsindəki növbəti sərsəmləmələrinin birində bəyan edib. Nikolun dediyinə görə, sən demə, «ermənilər və Ermənistan demokratiyanın dayağı imiş». Vaxtilə «Misir piramidalarının layihəsini verən, Böyük Britaniyanı kəşf edən ermənilər» üçün demokratiyanın dayağı olmaq, o qədər də çətinlik törətməməlidir, axı. Xatırladım ki, bu fikirlər Rusiya telekanallarının birində «Hərbi sirr» proqramının aparıcısı olmuş İqor Prokopenkoya məxsusdur. Rusiyalı aparıcının ermənilər barədə söylədiyi bu fikirlərdə, təbii ki, tamaşaçılarda ikrah hissi oyadan sarkazm açıq şəkildə özünü göstərir. Hakimiyyətdə olduğu il yarım ərzində heç nəyə nail ola bilməyən, verdiyi yalan vədlərin girovuna çevrilən Paşinyan yenə öz ampluasındadır. Şəxsi «Facebook» səhifəsində ölkənin ayrı-ayrı sahələrindəki inkişafdan danışan Nikol hələ ki, ölkədəki reallıqla barışmaq niyyətində deyil: «Baş nazirimiz son bir il yarım ərzində xarici siyasətdəki “məxməri inqilabı” kapitallaşdırmaq vədini yerinə yetirə bilmədiyini hələ də başa düşməyib». Bu fikirləri Ermənistan Respublikaçılar Partiyasından olan Armen Aşotyan Nikolun son fikirlərini şərh edərkən bildirib (“Qolos Armenii”). Aşotyan, Ermənistandakı siyasi dəyişikliyin ölkə həyatında heç bir müsbət bir inkişafa gətirib çıxarmadığını bildirir.
«Erməni cəmiyyəti artıq oyanmağa başlayıb və təbii ki, Paşinyan hakimiyyət üçün çox təhlükəlidir». Bunu isə «Sputnik Ermənistan» radiosuna «Soros qrantı üzərində oturan təşkilatların Ermənistan və Qarabağa nüfuz etdiyini» iddia edən erməni siyasətçi David Şahnazaryan bildirib.
Maraqlıdır ki, Paşinyanın «məxməri inqilabı»nın qondarma «inqilab» olduğunu bildirən Şahnazaryan Nikolun Ermənistanı daxildən sarsıtmaq üçün xarici qüvvələr tərəfindən hakimiyyətə gətirildiyini bildirir. O, korrupsiyaya qarşı qeyri-hökumət beynəlxalq təşkilatı olan «Transparency International»ın Paşinyanın rəhbərlik etdiyi hökumətdəki korrupsiya ilə bağlı bir kəlmə də olsun danışmadığını əsas kimi göstərir. Şahnazaryanın fikrincə, «inqilab» adı altında hakimiyyətin ələ keçirilməsi ölkədəki «vətəndaş cəmiyyəti»nin varlığına da son qoyub: «Hazırda cəmiyyət sivil olmaq əvəzinə, «inqilabi» hala gətirilib. Bu gün Ermənistanda nəzəri olaraq mətbuat azadlığına nəzarət etməli olan təşkilatlar indi tamamilə başqa işlərlə məşğul olurlar».
Qeyd edək ki, bu arada Ermənistanın gündəlik inkişafı ilə bağlı şəxsi «Facebook» səhifəsində xalqa «xoş müjdələr» verən Paşinyandan fərqli orlaraq, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan erməni iqtisadiyyatının vəziyyəti ilə bağlı kədərli bir etirafda bulunub. «Aysor» saytının yazdığına görə, ölkədəki məhsuldarlığın Avropa ölkələrindəkindən 8 dəfə aşağı oduğunu etiraf edən Xaçatryan erməni diplomatları xaricdə investisiya axtarmağa çağırıb: «Adambaşına düşən gəlirə görə, bu gün biz qabaqcıl ölkələrdən təqribən 15 dəfə aşağı səviyyədəyik. Məhsuldarlığımız hər hansı bir orta Avropa ölkəsinə nisbətən 8, aparıcı Avrasiya İqtisadi Birliyi ölkələrinə nisbətən ən az 2 dəfə aşağıdır ... Demək olar ki, ölkə iqtisadiyyatı bütün sahələrdə oxşar vəziyyətdədir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info