Mühacirlər arasında yeni qrant savaşı...
Tarix: 29.08.2019 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Bir neçə ildir ki, xarici ölkələrdə müxtəlif uydurma bəhanə və saxta sənədlərlə siyasi sığınacaq alan bir qrup mühacir Azərbaycana qarşı çirkli kampaniya aparır. Onlar Anti-Azərbaycan dairələrdən aldıqları maliyyələr hesabına sosial şəbəkələrdə TV, səhifələr açaraq ölkəmizə “çirkab yağdırırlar”, yeri gələndə isə pula görə bir-birilərinin bostanına daş atırlar.
Təsadüfi deyil ki, söyüş ritorikası ilə danışan mühacirlərin bu anormal siyasi fəaliyyətlərinin müqabilində xaricdən qrantlar almalarını elə onların öz dillərindən də dəfələrlə eşitmişik. Quyruqları qapı arasında qalanda, yaxud da bir-birinin quyruğunu tapdalayanda dərhal öz həmkarlarını, dostlarını ifşa edən həmin “iaşə müxalifətini” təmsil edənlər dəfələrlə “sən qrant aldın”, “birgə iş gördük, qrantı tək yedin” kimi, cəmiyyətimizdə ikrah hissi doğuran bəyanatlar səsləndiriblər. Bununla bağlı bir neçə misal göstərmək olar ki, onlardan da ən qalmaqallısı Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında yaşanmışdı.

Siyasətə söyüş dili ilə danışmaq kimi anormal metodu gətirənlər, küçələrdə, özlərinə xas olan anormal məkanlarda videoçəkilişlər aparıb, üç-beş nəfərlə etiraz aksiyaları təşkil etdiklərini düşünənlər bu gün yenidən öz aralarında qrant savaşına çıxıblar. Daha doğrusu, ümumi qazana tökülən “pay”ın azalmasını görənlər daha zəif fiquru sıradan çıxararaq, qrantdan məhrum etməyə çalışırlar. Bunun üçün isə sosial şəbəkələrdə gözdənsalma kampaniyası başlatmaq kifayətdir ki, xaricdəki ağaları həmin payı söyüşcüllərdən birinin qabağından götürsün... Məsələn, bu gedişi edənlərdən biri Orduxan Temirxandır. Məlumdur ki, Orduxan və digər söyüşcül dəstənin üzvü olanlar, xaricə daha rahat həyat axtarışına çıxan müxalifətçilərin bir çoxu ənənəvi müxalifəti qəbul etmir, AXCP, Müsavat kimi partiyaların zamanının çoxdan keçdiyini bəyan edirlər. Bununla bağlı dəfələrlə söz savaşlarını müşahidə etmişik. Hətta ötən il Cəmil Həsənlinin “Meydan TV” haqqında, onun gizli maliyyə mənbələri və digər məsələlərlə bağlı sərt sözlər işlətməsinə də şahid olduq. İş o yerə gəlib çatmışdı ki, Cəmil Həsənli onların yeyib dağıtdıqları qrantların da hesabını sormuşdu. Yəni bu xəmir həmin xəmirdir... İndi Orduxan Temirxan və digərləri üçün qrant, maliyyə yardımları yolunda əsas rəqiblərdən biri ənənəvi müxalifət və ya AXCP sədri Əli Kərimli deyil, görünür elə burunlarının dibində peyda olan qatı müxalifətçi Qurban Məmmədovdur. Belə ki, Orduxan Temirxan sosial şəbəkələrdə paylaşdığı son statuslarından birində baş-ayaq cümlələrlə, savadsızcasına öz həmkarının əleyhinə çağırışlar edib. Onun yazdığı fikirləri oxuculara olduğu kimi təqdim edirik: “Bir daha təkrar edirəm, mənə hörmət edənlər, mübarizəmə şübhəsi olmayanlar, haqq yolunda olanlar, allaha inananlar, vətənini anası kimi sevənlər, Qurban Məmmədovdan aralı durun. Bu adam təhlükəli oyunlar oynayır, kimlərləsə. Son xəbərdarlığımdır: Bu barədə bir daha nə danışacam, nə də yazacam”.
Əvvəla, vaxt var idi ki, “Xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərən istənilən müxalifətçini dəstəkləyəcəyik” deyib bağırırdınız, onları ədalət carçısı kimi təqdim edirdiniz. Sonradan valı çevirib bəzilərini bəyənmədiniz ki, agentdirlər və s. İkincisi, Qurban Məmmədovun həm hakimiyyəti həm də sizi tənqid və təhqir etməsi, sizdə qıcıq yaratdı deyə, bu adama da agent damğası vurub “ciddiyə almayın, cavab verməyin, fikir verməyin” deyirdiniz. Bəs indi nə oldu, ciddiyə alıb cavab verəsi oldun? Üçüncüsü isə Orduxan Temirxan, guya sən özün təhlükəli oyunlar oynamırsanmı? İki cümləni doğru- düzgün düzüb qoşa bilməyən biri kimi, sosial şəbəkələrdə yüksək tonla təhqiramiz ifadələr işlədərək, təhlükəsiz oyunlar oynadığınımı düşünürsən?!
Keçək əsas məsələyə ki, Qurban Məmmədovu ciddiyə almayan söyüşcül dəstənin üzvləri ilin günün bu vaxtı niyə alovlanıb, ona qarşı xüsusi çağırış etdilər? Deməli doğrudan da, qrant məsələsində əsas sədlərdən biri məhz Qurban Məmmədov imiş... “Qurban Məmmədovdan aralı durun” deməklə, iş bitmir... Hələ mən daha bir anormal müxalifətçi mühacirlərdən olan Vidadi İsgəndərlinin bu günlərdə Qurban Məmmədovun ünvanına ən ağır söyüş və təhqirlərlə, ailəsini belə söyməklə hədələməsindən danışmıram.
Ümumiyyətlə, müxalifət daxilində cərəyan edən bu cür anormal proseslərin uzun illərdir ki, davam etməsi təəssüf hissi doğurur. Birləşə bilməyən, çəkici eyni nöqtəyə vurmayanlar hakimiyyət iddiasında olduqlarını göstərməklə, özlərini gülünc vəziyyətə qoyurlar. Ayrı-ayrı imkanlı şəxslərin mal-mülklərini sayıb, hesabatını aparıb, hakimiyyəti ifşa etdiklərini düşünənlərin özləri bu gün hakimiyyətə gəlmədən xaricdəki qaranlıq dairələrdən ayrılan çirkli pulların üstündə bir-birinin ətini didirlər... Allah eləməmiş, sabah Orduxan Temirxan kimi söyüşcüllər, müxalifətdə belə qəbul edilməyən Qurban Məmmədovlar, Əli Kərimli kimi radikal çağırışlar edib inqilabdan, mitinq, xaosdan dəm vuranlar, tarixçi peşəsini kənara atıb, siyasətə uğursuz qoşulan və Əli Kərimlinin əli altında oyuncağa çevrilən Cəmil Həsənli, ümumilikdə, sosial şəbəkə müxalifəti adını qazanmış müxalifətdəkilər hakimiyyətə gəlmək şansı əldə etsələr, ilk olaraq elə öz aralarında qanlı savaşlara çıxacaqlar. Amma bu xalq həmin dəstələri, həmin düşüncə tərzinə malik olanları 90-cı illərin əvvəllərində bir dəfə görüb. Belələrinə bir daha şans verilməyəcək, xalq buna getməyəcək. Buna əmin olun!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2019
“Şərq-Qərb”, “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
24.09.2019
XİN: Azərbaycan təmas xəttində baş verən hadisəni araşdıracaq və onu törədənlər cəzalandırılacaq
24.09.2019
Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib
24.09.2019
Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb
24.09.2019
Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info