“Obyektlərdə elektrik təchizatlarının saz vəziyyətdə olmasına fikir verilməlidir”
Tarix: 29.08.2019 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Ticarət mərkəzlərində çalışanların, eləcə də bu yerlərə alış-veriş üçün gedən vətəndaşların təhlükəsizliyi ən önəmli məsələdir. Buna görə də ticarət mərkəzlərində, xüsusən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Təklükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev bildirib ki, son zamanlar baş verən genişmiqyaslı yanğınlar ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına bir daha nəzər yetirilməsini vacib edir: "Yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğunluğuna, siqnalizasiya sisteminin, yanğınsöndürmə qurğularının, yanğın dolablarının, yanğın hidrantlarının, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planı və bunu göstərən lövhələrin, ehtiyat yanğın su çəninin olmasına, nasos və qurğularının daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməlidir. Burada əsas məsuliyyət həmin obyeklərin rəhbərliyinin özərinə düşür. Obyektin rəhbəri yaxud müqavilə əsasında icarə götürüb işlədən şəxs obyektdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına, obyektdə fəaliyyət göstərənlərin bu qaydalara əməl etməsini tələb etməlidir. Əks halda, onlar ilə bağlanılmış müqaviləni ləvğ edə bilər. Çünki burada söhbət insan həyatından və külli miqdarda maddi ziyandan gedir. Bu tədbirlər mərkəzin tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bina fasadında asan yanan materiallardan istifadə edilməsi, satılan malların materialının tez alışan olması, məişət cihazlarından və elektrik alətlərindən istifadə edilməsi ani bir qığılcımda böyük yanğına səbəb ola bilər. Ona görə də ticarət mərkəzinin rəhbərliyinin özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır və orada olan icarədarlardan da bu qaydalara ciddi riayət edilməsini tələb etməlidir. Yeni tikilən ticarət mərkəzlərində bu qaydalara riayət olunduğu görünsə də, bəzilərində demək olar ki, əməl olunmur. Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş, kustar üsulla düzəldilmiş elektrik, qaz cihazlarında yemək, çay qızdıranlara qədər rast gəlmək olar. Yanğınların əksəriyyəti elektrik qısaqapanmasından baş verdiyi üçün obyektlərdə elektrik təchizatlarının saz vəziyyətdə olmasına, həmçinin təmizliyə fikir verilməlidir. Bazarlarda məişət tullantıları ətrafa atılır, satıcılar, müştərilər siqareti çəkib yerə atırlar. Bəzən bir siqaret kötüyü böyük bir yanğına səbəb ola bilir..."
Ekspert qeyd edib ki, ticarət mərkəzlərində həm öz işçilərindən, həm də orada fəaliyyət göstərən obyektlərin işçilərindən ibarət yanğın qrupları fəaliyyət göstərməlidir. "Bunlara "könüllü yanğın dəstələri" də deyilir. Bu qruplarda müvafiq dövlət qrumları tərəfindən xüsusi hazırlıq kursu keçmiş və fövqəladə vəziyyətdə davranış qaydalarını bilən şəxslər olur. Yəni “könüllü yanğın qrupu”nun üzvlərinə təlimlər keçdikdən sonra onlar fövqəladə vəziyyətdə nə etmək lazım olduğunu, insanları və əmlakı necə təxliyyə etməli olduğunu, ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının söndürülməsinə necə müdaxilə etməli olduğu barədə anlayışları olur. Onlar fövqəladə vəziyyətdə yanğın söndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edərək, həm insanların təhlükəsiz təxliyyə edilməsinə, həm də yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edə bilərlər. Təsəvvür edin, ticarət mərkəzində yaxud bazarda fövqəladə vəziyyət vaxtı nə etmək lazım olduğunu bilən şəxslər var... Görün, onların nə qədər faydası olar. Hesab edirəm ki, bu cür qrupların olması vacibdir".
E.Nurəliyev əlavə edib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də insanlar yol kənarında, binaların və su hidrantlarının qarşısında avtomobilləri park edirlər: "Bu da yanğınsöndürən maşınların hadisə yerinə yaxınlaşmasına və su hidrantlarından istifadə etməsinə mane olur".




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info