Kondisionerdən bu qaydada istifadə xərçəng yaradır
Tarix: 30.08.2019 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Azərbaycanlı həkimdən şok xəbərdarlıq

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib ki, radioaktiv qazlar siqaret tüstüsündən daha təhlükəklidir.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, xüsusən böyüklərdə ağciyər, uşaqlarda isə leykoza səbəb olan radioaktiv qazlar hər birimizin evində var. Ş.Məmmədov xərçəngin yaranma səbəblərindən birini belə izah edib:
“ABŞ kimi inkişaf etmiş ölkədə hər 15 evdən 1-i yüksək konsentrasiyadadır. Konsentrasiyası 1 litr havada 4 pikokuridən çox olarsa, xərçəng törədir. Radon qazı radioaktivdir, ən stabil izotopu 222 olsa da, 36 cürbəcür izotopu vardır. Atom çəkisi 86-dır. O, yerin altında qaya və torpaq arasında radioaktiv urandan əmələ gəlir. Divarlardan keçən su, qaz boruları ilə divar arasından evə keçir. Əgər çatlar böyükdürsə, ya su, qaz turbalarının keçdiyi yerlər tam hermetik suvanmayıbsa, bu qazın konsentrasiyası daha da artır. Radon qazı hazırda ağciyər xərçənginin ən öndə gedən səbəbləri arasındadır. Tək ABŞ-da ildə 21000 insan radon qazı nəticəsində xərçəngə tutulur.
Əgər evdə kondisioner işlədirsinizsə və pəncərələri bağlamısınızsa, radon qazı ilə nəfəs alırsınız. Xüsusi gümüş filtrli kondisionerlər radon azaldıcı qabiliyyətə malikdir. O, iysiz, dadsız, heç bir qıcıqlanma verməyən qazdır. Xüsusi cihaz vasitəsilə evlərdə radon qazının səviyyəsini ölçən, onun səviyyəsini azaldan cihazlar mövcud olsa da, ölkəmizdə o cihazlara rast gəlməmişəm.
Evlərdən pəncərələrin açıq olması və tavandan asılan ventilyatorlar havadan radonun təmizlənməsinə kömək edir. Bir də qazın çıxması üçün binalarda hər evdə boru (baca) quraşdırılır, adətən mətbəx otağında olur, həmin sistemin düzgün işləməsinə əmin olun. Odur ki, pəncərəni heç qışda da bağlamayın".
Sonda həkim qeyd edib ki, kondisioner radon əmələ gətirmir. Kondisioner işlədiyi üçün insanlar qapı və pəncərələri kip bağlayır. Nəticədə radon çölə çıxa bilmir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info