“Naxçıvan Muxtar Respublikası – 95” rəsm müsabiqəsinə yekun vurulub
Tarix: 30.08.2019 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə hamiliyə verilən gənc rəssamlar arasında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında keçirilən rəsm müsabiqəsinə yekun vurulub.
Muxtar respublikanın Rəssamlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan Dövlət, “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu və Texniki Kollecdən 12 istedadlı gənc iştirak edib.
Gənc rəssamların müxtəlif mövzularda və janrlarda işlədikləri rəsmlər maraqla qarşılanıb. Doğma diyarımızın tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf prosesləri onların rəsmlərində özünəməxsus çalarlarla öz əksini tapıb.
Müsabiqədə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və tanınmış rəssam Rəfael Qədimovun təmsil olunduğu münsiflər heyəti tərəfindən birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə isə üç nəfər layiq görülüb. Digər gənc rəssamlar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info