Gürcüstanda 108 məktəbdə birinci sinif olmayacaq
Tarix: 30.08.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Yeni tədris ilində Gürcüstanda 108 dövlət məktəbi birinci sinif şagirdləri olmadan qalacaq. Məsələ bundadır ki, bu məktəblərdə birnci sinifdə oxumaq üçün heç bir şagird qeydiyyatdan keçməyib. Bildirək ki, bu barədə məlumatı gürcülərin «İmedi» teleşirkəti yayıb.
Ssöhbətin daha çox kənd məktəblərindən getdiyini xatırladan teleşirkət nümunə kimi Acarıstanın Tsinareti kəndini göstərir. Məlum olur ki, bu il kənddə cəmi 17 şagird təhsil alacaq. İlk dörd sinifdə isə heç bir şagird yoxdur. Məsələ bundadır ki, yerli sakinlər kənddəki şərait və perspektivi nəzərə alaraq, öz doğma ocaqlarını tərk etmək məcburiyyətində qalırlar. Burada doğulub, şəhərdə təhsil alan yerli gənclərin əksəriyyəti isə doğma yurda qayıtmaq istəmirlər. Qeyd edilməlidir ki, yeni tədris ilində şagirdsiz qalan təkcə Tsinareti kəndi deyil. Belə ki, ölkənin Samgerelo bölgəsindəki Doşake kənd məktəbi də bu il birinci sinifsiz qalıb. Çətin sosial vəziyyət, iş yerlərinin olmaması, yol infrastrukturunun nasazlığı və bir çox sadalanmayan problemlər kəndin boşalmasına səbəb olan amillərdəndir.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yaxın iki ildə qəsəbə statusu almış 1731 yaşayış məntəqəsi üçün, 700 milyon lari (təxminən 280 milyon dollar) xərclənəcəyinin lazım olduğunu bildirib. Bu sahəyə məsul olan gürcü səlahiyyətlilərin bildirdiyinə görə, bu məbləğ, əsasən, məktəb və uşaq bağçaları tikmək, eləcə də digər sosial problemlərin həllinə yönəldiləcək. Təhsil üzrə mütəxəssis Revaz Apxazavani ölkədəki dağlıq yaşayış məntəqələrinin boşalmaması üçün kompleks tədbirlər görüilməsinin vacibliyini ön plana çəkib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info