“Dindən siyasi məqsədlər üçün istifadə yolverilməzdir”
Tarix: 30.08.2019 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


29 və 30 avqust tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK) və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə
təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və
müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər
nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İsmayıllı
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Ağayev
Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə
sabitliyə nail olunmasında Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı
olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq cənab
Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edib.
İsmayıllıda dini durumun sabit olduğu vurğulayan R.Ağayev onu da deyib
ki, ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini icmalara
fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi
olaraq qayğı göstərilir.

Mövzunun əhəmiyyətindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
sədrinin birinci müavini Səyyad Salahlı dindən siyasi məqsədlər üçün
istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin
vacibliyini önə çəkib. Səyyad Salahlı həmçinin, dini radikalizmin
mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi
proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib. Dövlətin
tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi
dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən
bəhs edən Komitə rəsmisi eyni zamanda gənclərin, ziyalıların və din
xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən
söz açıb.

Bildirib ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək üçün
güclü vasitədir. Onun cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətini
məkrli qüvvələr də yaxşı başa düşür və bəzən bundan məharətlə istifadə
edirlər. Nəticədə insanları birliyə, vəhdətə çağıran dinlər
mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal ekstremist,
xurafat, antimilli formaya salınır. Bu baxımdan milli dövlətimizin
ideologiyasının tərkib hissəsi olan dindən dövlətçiliyimizə qarşı
istifadənin qarşısının alınmasında din xadimlərinin, dini icma
sədrlərinin aktivliyi xüsusi önəm daşıyır, o cümlədən dinlərarası
dialoqun və əməkdaşlığın reallaşmasında din xadimlərinin üzərinə daha
böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin
deyil, eyni zamanda onların arxasınca gedən yüzlərlə, minlərlə, hətta,
milyonlarla möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün
formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar. Sədrin birinci
müavininin sözlərinə görə, geniş təbliğat imkanına, tribunaya, ibadət
evlərində söz kürsüsünə malik şəxslər bu imkanlardan maksimum istifadə
etməli və minbərin din pərdəsi altında mənfəətpərəst insanların əlinə
keçməsinə qətiyyən yol verməməlidirlər. “Din xadimləri üzərlərinə düşən
borcu layiqincə yerinə yetirməli, onlara həvalə edilən missiyanı uğurla
həyata keçirməlidirlər. Əks halda bu cəmiyyətdə ictimai-siyasi
vəziyyətin arzuolunmaz məcraya yönəlməsinə, eləcə də milli dövlət
maraqlarımıza xələl gəlməsinə, vəhdət və həmrəylik mühitimizin
pozulmasına səbəb ola bilər”, - deyə Komitə rəsmisi sözlərinə əlavə
edib.
QMİ-nin İsmayıllı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov
çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib. Ölkəmizdə
2200-dən artıq məscidin mövcud olduğunu vurğulayan QMİ rəsmisi son
illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma
işləri, yeni dini ibadətgahların inşasını ölkə başçısının xalqımızın
milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin
gözəl nümunəsi adlandırıb.
DQİDK-nın Mərkəzi Aparatının əməkdaşları Tərxan Paşayev və Orxan Maşayev
isə çıxışlarında dini radikalizmin və zərərli ideologiyaların
yayılmasına qarşı mübarizənin vacibliyinə, eləcə də dini
maarifləndirmənin roluna toxunublar.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də
nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info