Dövlət Komitəsində müşavirə keçirilib
Tarix: 30.08.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK)
Prezident Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun
iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə
keçirilib.

Müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı respublikada dövlət
səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin
həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı
istiqamətində görülən işlər, mövcud dini durum, eyni zamanda müzakirə
olunacaq məsələlər barədə ətraflı məlumat verib.
Çıxışı zamanı sentyabrın 1-nə təsadüf edən Məhərrəm ayında bütün
mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının,
İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin vacibliyinə
də toxunan Komitə sədri bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ)
ilə birlikdə əvvəlcədən maarifləndirmə məqsədilə hazırlıq işlərinin
həyata keçirildiyini, Komitə tərəfindən Tədbirlər Planının
hazırlandığını bildirib. Müvafiq Tədbirlər Planına əsasən Bakı şəhəri də
daxil olmaqla respublikanın müxtəlif bölgələrində maarifləndirici
tədbirlərin, görüşlərin keçirildiyini nəzərə çatdıran Mübariz Qurbanlı
qeyd edib ki, əsas məqsəd bu mərasimlərin bütün məscidlərdə qanunun
tələblərinə və QMİ-nin fətvasına uyğun şəkildə yerinə yetirilməsidir.
Daha sonra DQİDK-nın bölgə şöbə müdirləri regionlardakı dini durum, din
adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın
aparılmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla
birgə görülmüş profilaktik işlər, o cümlədən təziyə məclislərinin
məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil
olunması, İslam qaydalarına uyğun formada həyata keçirilməsi ilə bağlı
atılan qabaqlayıcı addımlar barədə danışıblar.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov dini
mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil
edilməsinin vacibliyinə diqqət çəkib. Şöbə müdiri Məhərrəm ayı zamanı
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya
xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyasının xüsusi önəm
daşıdığını vurğulayıb. E.Nəcəfov təziyə mərasimlərində Kərbəla şəhidləri
ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və
qazilərimizin də anılmasının zəruriliyini qeyd edib.
Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq
tapşırıq və tövsiyələr verilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


22.09 17:45
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info