Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub
Tarix: 30.08.2019 | Saat: 23:19:00 | E-mail | Çapa göndər



Avqustun 30-da Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxunub.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününün tarixindən, eləcə də ölkəsinin müasir inkişafından danışıb. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirən Baş konsul ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın ilbəil genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov rəsmi qəbulda çıxış edərək deyib: “Azərbaycan-Türkiyə dost və qardaş ölkələrdir. Xalqlarımız arasındakı tarixi köklərə əsaslanan birlik və bərabərlik bu gün daha da möhkəmlənib, ikitərəfli münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri və rolu vardır. Xüsusilə ordu quruculuğu sahəsindəki əməkdaşlıq məmnunluq doğurur”.
Ali Məclis Sədrinin birinci müavini Zəfər Bayramının 97-ci ildönümü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info