İşğalçı ölkənin avantürist rəhbərinin sərsəm bəyanatları danışıqlar prosesinə ciddi zərbədir
Tarix: 30.08.2019 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


“Bu gün Cənubi Qafqaz regionunda müşahidə olunan inkişaf meyilləri, baş verən müsbət dəyişikliklər bilavasitə Azərbaycanın adı ilə bağlıdır.
Ölkəmizin təşəbbüsü ilə qlobal enerji layihələrinin reallaşdırılması, beynəlxalq yükdaşıma zəncirinin mühüm halqasına çevrilmək istiqamətində atılan addımlar və s. tədbirlər regionun gələcək inkişafına öz mühüm töhfəsini verməkdədir. Lakin illərdir ki, hələ də öz ədalətli həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. Görünür, işğalçı ölkənin yeni rəhbərliyi problemi tezliklə müsbət həll etmək niyyətində deyil. Əksinə əsl terrorçulara xas olan bəyanatlar verərək, özünün təcavüzkar mahiyyətini bir daha dünyaya təqdim edir”.

Bu sözləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə qeyd edib ki, Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi sərsəm bəyanatları bir daha bu ölkənin işğalçılıq niyyətlərinin nə qədər mənfur olduğunu, terroru və şovinizmi dövlət siyasətinə çevirdiyini təsdiqləyir: “Bu günə kimi Ermənistan özünü məzlum, yazıq ölkə kimi təqdim edir, çirkin niyyətlərini beynəlxalq birlikdən gizlətməyə çalışırdı. Artıq Paşinyanın son bəyanatları işğalçı ölkənin yalanlarını ifşa etdi. O, bu cür avantürist bəyanatları ilə tarixi saxtalaşdırır, işğal faktına haqq qazandırır və bu çirkin siyasətin gələcəkdə də davam edəcəyini açıq şəkildə anons edir. Hesab edirəm ki, Paşinyan belə açıqlamalara görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır və buna görə cavab verməlidir. Çünki onun sərsəm bəyanatları açıq-aşkar beynəlxalq hüququn prinsiplərinə ziddir və terrora yönəlik siyasətin davam etdirilməsidir”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu cür bəyanatları cavabsız qoymamalıdırlar: “Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə hələ də göz yumur, bu ölkəyə təzyiq göstərmir. Ermənistan isə özünü cəzasızlıq mühitində daha “sərbəst” hiss edir və özünü ərköyün uşaq kimi aparır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də hər zaman olduğu kimi, yenə də susqunluq nümayiş etdirir, işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu, qətiyyən yolverilməzdir. Paşinyanın belə sərsəm bəyanatları ATƏT-in Minsk qrupunun fəaliyyətinə də bilavasitə kölgə salır, onun səylərini heçə endirir. Bir sözlə, işğalçı ölkənin avantürist rəhbərinin sərsəm bəyanatları danışıqlar prosesinə ciddi zərbədir”.
Vüqar Rəhimzadə əlavə edib ki, kimin hansı sərsəm bəyanat səsləndirməsindən asılı olmayaraq, Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır, ayrılmaz tərkib hissəsidir. İşğal altında olan torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info