Yüksək döyüş hazırlığına nail olmaq ordumuz qarşısındakı ən mühüm vəzifələrdəndir
Tarix: 31.08.2019 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Orduda aparılan islahatlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə toxunan Müdafiə naziri hərbi hissələrin müasir silah-sursatla təmin edilməsi və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasının Azərbaycan Ordusunun güclənməsində və torpaqlarımızın işğaldan azad edilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. Nazir bu istiqamətdə fəaliyyətlərin yüksələn templə davam etdiriləcəyini bildirib.
Müdafiə naziri intensiv döyüş hazırlığı ayının yekunlarını təhlil edərək bütün hərbi hissələrdə, xüsusilə ön xətdə yerləşən bölmələrdə döyüş fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldiyini qeyd edib.
Nazir növbəti aylarda qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə təşkil olunan məşqlərin və təlimlərin sayının artırılması, onların direktiv və təlimatlara uyğun daha səmərəli təşkili, eləcə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.
General-polkovnik Z.Həsənov həmçinin dağlıq və çətin relyefli ərazilərdə döyüş növbətçiliyi aparan bölmələr üçün maddi-texniki təminat ehtiyatlarının yaradılması, hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, mövqelərdə, strateji kommunikasiya xətlərində, daşınma yollarında mühəndis-istehkam işlərinin daha keyfiyyətli aparılması və digər vacib məsələlərlə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Sonda Müdafiə naziri qarşıdakı aylarda Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə planlaşdırılan digər genişmiqyaslı təlimlərə hazırlıqla bağlı əmr və sərəncamların yüksək səviyyədə icrasını tələb edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz
18.09.2019
Alimlәr әn böyük neytron ulduzu müәyyәn ediblәr
18.09.2019
Hindistanda elektron siqaret qadağan edildi
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info