Rusiya Prezidenti hazırda həbsdə olan Koçaryanı təbrik edib
Tarix: 31.08.2019 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin hazırda həbsdə olan Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryanı 65 illik yubileyi münasibətilə təbrik edib. AZƏRTAC xəbər verir ki, bu məlumatı erməni KİV-ləri Koçaryanın dəftərxanasına istinadla yayıblar. Təbrik məktubu Rusiya Prezidentinin rəsmi saytında da yerləşdirilib. Təbrik məktubunda Koçaryanın Ermənistanın inkişafına, “Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verdiyi” qeyd edilib. Ermənistanın sabiq prezidentinin Rusiya ilə əlaqələrin genişlənməsinə də töhfəsini vurğulayan V.Putin ona dözüm arzulayıb. Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Koçaryanı işğal olunmuş Azərbaycan ərazisində qanunsuz elan edilmiş qondarma “Qarabağ respublikasının” başçısı Bako Saakyan və sabiq prezident Serj Sarkisyan da təbrik ediblər. Ermənistandakı gərgin siyasi çəkişmələr fonunda hakimiyyət cəbhəsindən bu yubileylə bağlı münasibət olmayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info